SƏTƏMM üzrə mütəxəssis (Hacıqabul)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00;
Əmək şəraiti: açıq və qapalı məkan;
İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək, İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətini təhlil etmək;
SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək və işlərin icrasını araşdırmaq;
Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında iştirak etmək;
İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyinə nəzarət etmək;
Binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək;
Rəhbər və digər xidmətlər ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;
Tabe stuktur vahidlərinin rəhbərlərinə icbari olaraq əvvəlcədən (işə qəbul zamanı) və dövrü (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçi heyətinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməsini nəzarət etmək;
SƏTƏMM sahəsində monitorinqlər keçirmək və çatışmazlıqları aradan qaldırmaq;
Mülki müdafiə tədbirlərinin planlaşdırılması və fövqəladə halların qarşısının alınması üzrə tədbirləri təşkil etmək;
ADY daxili və xarici ezamiyyələr ola bilər.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il arzuolunandır;
Daxili intizam qaydaları;
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər;
Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyi;
Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər;
Xarici dil: İngilis/Rus dili - arzuolunandır;
MS Office - yaxşı;
Nəticəyönümlülük;
Risklərin idarə edilməsi;
Diqqətlilik.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12805
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+