Şirkətlərə Qayıt
Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Bakı

1000+ işçi

Veb Səhifəyə Keç

22

Açıq Vakansiyalar

Haqqında

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir.

ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Bütün Vakansiyalar

22 iş elanı

Azərbaycan Dəmir Yolları

Referent

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Gələn zənglərin qəbul edib paylaşdırmaq; Departament rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul etmək; Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlamaq; Rəhbərin telefon danışıqları aparmasını təmin etmək, onun yerində olmadığı halda alınmış məlumatları qeyd etmək, ona çatdırmaq; Surətçıxarma aparatı vasitəsi ilə sənədlərin surətlərini çıxarmaq; Bölmənin fəaliyyət sahəsi ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyi artırmaq və çatışmazlıqları aradan qaldırılması üzrə təkliflər hazırlamaq və bölmə rəisinə təqdim etmək; Rəhbərlik tərəfindən Bölmənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri vəzifə və funksiyaları icra etmək; Birbaşa rəhbərinə aylıq olaraq görülmüş işlər barədə hesabat vermək; Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işin (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirilmə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirmək; Rəhbərin iş yerini zəruri təşkilati texnika ilə, dəftərxana ləvazimatları ilə təmin etmək, onun effektiv işinə imkan verən şəraiti yaratmaq; Qonaqların qəbulunu təşkil etmək, işçilərin xahiş və təkliflərinə baxılmasının operativliyinin təmin etmək.

Azərbaycan Dəmir Yolları

Yol montyoru (Bakı, Ələt, Sumqayıt)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Tapşırıqlara əsasən təmir işlərini briqada şəklində və ya yaxın məsafədə 2 nəfərdən ibarət işçilər şəklində yerinə yetirmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək; Bütün növ yol işlərinin yerinə yetirilməsi zaman təhlükəsizlik qaydalarına riayət etmək; Elektrik alətlərlə işləyən zaman təhlükəsizlik qaydalarına riayət etmək və alətlərdə yaranan nasazlıqlar barədə iş rəhbərinə məlumat vermək.

Azərbaycan Dəmir Yolları

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək; Qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə görülən işlərə nəzarət etmək; Müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək; Əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək; Əmək kollektivinin SƏTƏM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılmasında yaxından iştirak etmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək.

Azərbaycan Dəmir Yolları

Yol montyoru (Bakı, Sumqayıt)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Tapşırıqlara əsasən təmir işlərini briqada şəklində və ya yaxın məsafədə 2 nəfərdən ibarət işçilər şəklində yerinə yetirmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək; Bütün növ yol işlərinin yerinə yetirilməsi zaman təhlükəsizlik qaydalarına riayət etmək; Elektrik alətlərlə işləyən zaman təhlükəsizlik qaydalarına riayət etmək və alətlərdə yaranan nasazlıqlar barədə iş rəhbərinə məlumat vermək.

Azərbaycan Dəmir Yolları

Sədrin icraçı ofisi üzrə aparıcı mütəxəssis (Protokol məsələləri üzrə)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Yüksək Səviyyə

Rəhbərliyin iştirak etdiyi səfərlərin, görüşlərin və tədbirlərin təşkilini təmin etmək, eyni zamanda bu fəaliyyətlərin xronoloji uçotunu aparmaq; Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra statusunu aidiyyəti struktur bölmələrdən mütəmadi olaraq əldə etmək, izləmək və sistemli şəkildə qeydiyyatını aparmaq; Tələb olunan hesabat və arayışların müəyyən edilmiş dövrlər üzrə hazırlanmasını, mütəmadi yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək; Qərar və tapşırıqların aidiyyəti struktur bölmələrə operativ şəkildə çatdırmaq, icra prosesinə nəzarət etmək və nəticələr barədə hesabatlılığı təmin etmək; Rəhbərliyin iş qrafikinə uyğun olaraq görüşlər, zənglər, qəbullar və digər fəaliyyətləri əhatə edən iş planını hazırlamaq və effektiv icrasını təmin etmək; Keçirilən qəbul, görüş, müşavirə və iclasların təşkilati hazırlığını təmin etmək (materialların toplanması, arayış və təqdimatların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.); Görüş və tədbirlərdə iştirak edərək qeydlər aparmaq, lazımi tədbirlərin həyata keçirilməsini izləmək və yeniliklər barədə rəhbərliyə məlumat vermək; Rəhbərliyə təqdim edilən arayış, hesabat və təqdimatların məzmun və format baxımından uyğunluğunu yoxlamaq, tələb olunduqda təkmilləşdirmək.

Azərbaycan Dəmir Yolları

Xidmət rəisinin qatar briqadalarının işinin təşkili üzrə müavini (Sərnişin daşımaları departamenti)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Sərnişin daşımaları departamentinin İstismar xidmətində hərəkətin təhlükəsizliyinin, etibar edilən əmlakın və daşınan yükün saxlanışının şərtsiz təmin edilməsi, sərnişindaşıma ehtiyacının ödənməsi, resurslardan səmərəli istifadə edilməsi, ətraf mühütin mühafizəsi tələblərinin təmin edilməsi; Xidmət keyfiyyətinin yüksəldilməsi, eləcədə standart, qeyri standart və qəza hallarında operativ fəaliyyət göstərilməsi istiqamətində AR Qanunvericiliyinə və ADY-nin rəhbəredici sənədlərinə əsaslanaraq texniki təşkilatı tədbirlər layihələrinin işlənib hazırlanmasını təmin etmək; Fəaliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və digər öhdəliklərin yerinə yetirilməsinin gedişatı, həmçinin cavabdeh icraçıların fəaliyyətləri barədə adiyyatı üzrə rəhbərliyə hesabat vermək; Qatar briqadalarının kompetensiyalarının kvalifikasiyalarına uyğunluğunun yoxlanılmasını təmin etmək; Fəliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyini, qatar briqadalarının işinin təşkilini və kollektivlərdə sosial məsələlərin həllini təhlil edib, nəticələr barədə xidmət rəhbərliyinə əsaslı məlumat təqdim etmək; Qatar briqadaları üçün şöbə rəhbərlərinin, mütəxəssislərin, mühəndis texniki işçilərinin, nəqliyyat-tədris müəssisələri müəllimlərinin əvvəlcədən iştrakını nəzərdə tutan istehsalat təlimi proqramının hazırlanmasını, texniki tədris bazasının inkşaf proqramının hazırlanmasını və təsdiq edilməsini təmin etmək; Qatar briqadaları ilə nəzarət təlimat səfərlərinin müəyyən edilmiş müvafiq müddətlərdə təlimatçılar tərəfindən yerinə yetirilməsini təşkil etmək; Qatar briqadalarının müvafiq tələblərə uyğun olaraq, müəyyən edilmiş vaxtlarda və hallarda tibbi müayinədən keçirilməsinə nəzarəti təmin etmək; Aparıcı peşələrə kadrların hazırlanması, qatar briqadalarının ixtisasının artırılması planını xidmət rəisinə təqdim etmək.

Azərbaycan Dəmir Yolları

Teplovoz maşinist köməkçisi (Hacıqabul, Ələt)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək; Teplovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək; İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq; Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək; Teplovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq, nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırmaq üçün lazımı tədbirlər görmək; Teplovoz dayanarkən ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək, teplovozda olan təhlükəsizlik qurğuların işinə nəzarət etmək; Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (teplovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək; Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, təyin olunmuş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq; Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (teplovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;

Azərbaycan Dəmir Yolları

Sərnişin vaqonunun bələdçisi

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi; Vaqonların daxili avadanlıqlarının işlədilməsi və qorunmasına nəzarət; Vaqonun isitmə, elektrik avadanlığı, havalandırma, yanğın işarəvericisinin, dövretmə nasoslarının, işarəverici sisteminin və digər vaqon qurğularının işlək vəziyyətdə olmasını yoxlayaraq müəyyən edilməsi; Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi; Minik və yolda hərəkət zamanı sərnişinlərin gediş sənədlərini, xidməti biletlə gedən sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədləri, həmçinin yoxlama keçirən şəxslərin təftiş etmək hüququ verən sənədlərin yoxlanılması, bilet üzrə yerində oturtmaq, sərnişinlərin tezalışan, partlayıcı, kəskin qoxulu materiallarla və maddələrlə vaqona minməsinə yol verməmək, yüklərin və ev heyvanlarının müvafiq normalara uyğun daşınması qaydalarına riayət edilməsini təmin edilməsi; Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi; Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi; Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi; Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi; İş rejimi: növbəli qrafik (gecə növbəsi üzrə).

Azərbaycan Dəmir Yolları

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Yevlax)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə görülən işlərə nəzarət etmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək.

Azərbaycan Dəmir Yolları

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Xaçmaz)

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Salyan)

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Hacıqabul)

İnsan Resursları üzrə mütəxəssis (Biləcəri)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək və aidiyyəti üzrə təqdim etmək; Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək; Departament üzrə vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq; Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək; Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq; ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək; Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək; ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək; İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək; Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək; Departament üzrə tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək; Departamentdə çalışan işçilərin əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrin hesablanması cədvəllərini işləmək, aidiyyəti üzrə təqdim etmək; Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək; Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək; Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq; Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq; Departament üzrə işçilərin əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək; Adaptasiya (işə uyğunlaşdırma) və təcrübə proqramlarının həyata keçirilməsini təşkil və tətbiq etmək; Departament üzrə başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyəti struktura təqdim etmək; Ehtiyac olduqda iş yerlərinin attestasiyasının keçirilməsi prosesində iştirak etmək.

ADY iş elanları - ADY vakansiyalar

Azərbaycan Dəmir Yolları QSC qısa formada ADY ölkənin dəmiryol sərnişin və yükdaşıma operatorudur və fəaliyyətinin əsas xətti regionları, biznesləri və logistika zəncirlərini birləşdirməkdir. ADY-nin bütün səhmləri dövlətə məxsusdur və qurum nəqliyyat-logistika ekosistemində böyük əməliyyat həcmi ilə işlədiyi üçün burada karyera daha çox sistemli proseslər, təhlükəsizlik standartları və ölçülə bilən nəticələr üzərində qurulur. 

ADY-nin gündəlik işi iki böyük xəttə ayrılır: sərnişin daşımaları və yük-logistika əməliyyatları. Sərnişin tərəfində şəhərətrafı və regional hərəkət, qrafik intizamı, xidmət keyfiyyəti və təhlükəsizlik KPI-ları ön plana çıxır. Məsələn, Abşeron yarımadasında Bakı və Sumqayıt kimi istiqamətlərdə gediş-gəlişi təmin edən Abşeron dairəvi xətti şəhərətrafı mobilliyin əsas elementlərindəndir və bu tip xətlərdə əməliyyat planlama, dispetçer idarəetməsi, texniki xidmət, stansiya əməliyyatları kimi rollar mütəmadi aktual qalır. 

Yük və tranzit tərəfində isə ADY-nin mövqeyi daha genişdir: Orta dəhliz kimi beynəlxalq marşrutlarda daşıma həcmi, vaqon dövriyyəsi, terminal əməliyyatları, sərhəd keçidləri, sənədləşmə və müştəri xidmətləri kimi proseslər karyera imkanlarını çoxşaxəli edir. Bakı–Tbilisi–Qars xətti 30 oktyabr 2017 tarixində istismara verilib və bu xəttin potensialının artırılması, həmçinin tərəfdaşlarla razılaşmalar və modernləşdirmə mövzusu ADY gündəminin real hissəsidir. 

Son illərdə ADY-nin idarəetməsində rəqəmsallaşma ayrıca prioritetə çevrilib: yük əməliyyatlarının idarə edilməsi, aktivlərin idarəedilməsi, investisiya planlama və korporativ funksiyaların rəqəmsallaşdırılması kimi istiqamətlər üzrə iri transformasiya proqramları təsdiqlənib. Bu, ADY iş elanları axtaranlar üçün yalnız klassik dəmiryol peşələri deyil, eyni zamanda data, proses, sistem və dəyişiklik idarəetməsi kimi rolların da daha görünən olacağı deməkdir. 

Logistika zəncirinin böyüməsini göstərən daha bir fakt: 25 fevral 2025 tarixli fərman əsasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə qoşulub və məqsəd əməliyyatların və logistika proseslərinin daha səmərəli idarə edilməsidir. Bu tip dəyişikliklər ADY vakansiyaları içində təkcə dəmir yolu deyil, multimodal logistika, planlama, anbar-terminal əməliyyatları, procurement və komplayens kimi istiqamətləri də gücləndirir. 

Praktik baxsaq, ADY vakansiya elanları adətən bu bloklarda toplanır: hərəkətin təşkili və dispetçer xidməti, stansiya əməliyyatları, yol təsərrüfatı və rels infrastrukturu, siqnalizasiya və rabitə, elektrikləşdirmə, vaqon-lokomotiv təsərrüfatı, yük-logistika və ekspedisiya, korporativ ofis funksiyaları , eləcə də IT və rəqəmsal transformasiya. Rəsmi karyera platformasında vakansiyalar çox vaxt kod, elan tarixi, son müraciət tarixi, iş rejimi və əmək şəraiti kimi struktur məlumatlarla verilir ki, bu da müraciəti ATS-məntiqi ilə hazırlamağa imkan yaradır. 

Əgər sən axtarışa ADY iş elanı və ya ADY işə qəbul yazırsansa, yaxşı strategiya budur: hədəflədiyin şöbəni əvvəlcədən seç, rolun texniki tələblərini CV-də KPI ilə göstər, sonra da müraciəti konkret elan mətninə uyğunlaşdır. Xüsusən Bakı üçün Bakı ADY iş elanları kimi long-tail sorğular real nəticə verir: çünki lokasiya, iş rejimi və növbə qrafiki kimi detallar seçim mərhələsində fərq yaradır.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • CV başlığını dəqiq et: vəzifə adı + ixtisas sahəsi + lokasiya; məsələn, müraciət etdiyin rolun adını ADY vakansiyaları mətnindəki ifadə ilə eyni saxla ki, ATS uyğunluğu artsın.

  • Təcrübəni rəqəmlə yaz: gecikmə faizi, plan icrası, qəza-incident sıfır hədəfi, vaxtında təhvil, büdcəyə qənaət; bu yanaşma ADY iş elanları üçün ən çox qiymətləndirilən formatdır.

  • Elan terminlərini CV-yə təbii inteqrasiya et: dispetçer idarəetməsi, yol təsərrüfatı, siqnalizasiya, elektrikləşdirmə, logistika planlama, asset management; belə uyğunlaşdırma ADY vakansiya elanları filtrindən keçməyə kömək edir.

  • Rol-spesifik alətləri ayrıca blokda göstər: məsələn, IT üçün ERP, BI, API, kibertəhlükəsizlik; mühəndislik üçün texniki standartlar və təhlükəsizlik prosedurları; bu, ADY işə qəbul mərhələsində texniki müsahibəni asanlaşdırır.

  • Portfel və case-ləri əlavə et: proses optimizasiyası, əməliyyat xəritələmə, dashboard, planlama modeli, layihə təhvil nümunəsi; xüsusən senior ADY iş elanları üçün 1–2 səhifəlik case xülasəsi fərq yaradır.

  • Müsahibəyə hazırlaşarkən 3 real situasiya hazırla: gecikmə səbəbi və tədbir planı, risk və təhlükəsizlik yanaşması, komanda koordinasiyası; bunu ADY careers kontekstində liderlik nümunəsi kimi təqdim et.

  • Rejimə uyğunlaşmanı öncədən yaz: növbəli iş, sahə işi, Bakı və region rotasiyası, ofis-hibrid; aydın qeyd etmək ADY hibrid işə qəbul və lokasiya filtrində uyğunsuzluğu azaldır.

  • Axtarış strategiyanı genişləndir: junior ADY vakansiyaları, ADY part-time iş elanıADY remote vakansiyaları kimi long-tail sorğularla uyğun rolları daha tez tutursan.

ADY barədə tez-tez verilən suallar 

  1. ADY nə işlə məşğuldur və ADY vakansiyaları hansı sahələri əhatə edir?
    ADY sərnişin və yük daşımalarını həyata keçirən dəmiryol operatorudur və vakansiyalar həm əməliyyat-texniki, həm də ofis funksiyalarını əhatə edir. 

  2. Daha çox hansı vəzifələr üzrə ADY iş elanları olur?
    Ən çox əməliyyat, texniki xidmət, infrastruktura nəzarət, logistika və korporativ dəstək rolları üzrə ADY iş elanları çıxır.

  3. Bakı üzrə Bakı ADY iş elanları axtaranda nəyə diqqət etməliyəm?
    Lokasiya, növbə rejimi, sahə işi və marşrut şərtlərini CV-də öncədən qeyd et ki, Bakı ADY iş elanları üçün uyğunluq tez yoxlanılsın.

  4. ADY-də şəhərətrafı xəttlərdə iş nəyi tələb edir və ADY iş elanında bu necə görünür?
    Qrafik intizamı, təhlükəsizlik prosedurları və texniki koordinasiya əsasdır; Abşeron dairəvi xətti kimi xəttlərdə stansiya və hərəkət xidməti rolları aktual olur. 

  5. Tələblər baxımından ADY vakansiyaları daha çox nə istəyir?
    Rol üzrə təhsil, təhlükəsizlik mədəniyyəti, məsuliyyət və ölçülə bilən nəticələr; texniki rollarda sahə təcrübəsi, ofis rollarında isə proses və analitika bacarığı önə çıxır.

  6. Junior namizədlər üçün junior ADY vakansiyaları realdırmı?
    Bəli, bəzi istiqamətlərdə başlanğıc səviyyəli rollar və təcrübə yönümlü mövqelər olur; əsas şərt öyrənmə planını və motivasiyanı ADY işə qəbul üslubunda konkret yazmaqdır.

  7. İş rejimi necə olur, ADY part-time iş elanı tapmaq mümkündürmü?
    Əməliyyat rollarında növbəli, ofis rollarında isə standart qrafik daha yayğındır; part-time ehtiyaclar rol və layihədən asılı olur, ona görə ADY part-time iş elanı axtarışını long-tail saxla.

  8. Maaş aralığı barədə ADY iş elanları nə deyir?
    Çox vaxt əməkhaqqı ştat cədvəlinə və müsahibə nəticəsinə görə formalaşır; bəzi elanda ümumi çərçivə əmək şəraiti ilə birlikdə göstərilir. 

  9. İşə qəbul mərhələləri necə olur və ADY careers üçün necə hazırlaşım?
    Adətən CV seçimi, test və müsahibə mərhələləri olur; texniki rollarda təhlükəsizlik və risk yanaşmasını, ofis rollarında isə nəticə və KPI-ları ön plana çıxar. ADY careers məntiqində ən güclü üstünlük real case-dir.

  10. Vakansiyalardan necə xəbərdar olum: ADY vakansiyaları üçün ən yaxşı üsul nədir?
    Rəsmi karyera platformasını mütəmadi izləmək və axtarışı long-tail sorğularla genişləndirmək daha effektivdir: ADY vakansiyaları, Bakı ADY iş elanları, senior ADY iş elanları.

Nəticə olaraq, nəqliyyat və logistika sahəsində sistemli karyera qurmaq istəyirsinizsə, mütəmadi yenilənən ADY iş elanları və çoxşaxəli ADY vakansiyaları planlamanızda real prioritet ola bilər.