Sərnişin vaqonunun bələdçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
Vaqonların daxili avadanlıqlarının işlədilməsi və qorunmasına nəzarət;
Vaqonun isitmə, elektrik avadanlığı, havalandırma, yanğın işarəvericisinin, dövretmə nasoslarının, işarəverici sisteminin və digər vaqon qurğularının işlək vəziyyətdə olmasını yoxlayaraq müəyyən edilməsi;
Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
Minik və yolda hərəkət zamanı sərnişinlərin gediş sənədlərini, xidməti biletlə gedən sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədləri, həmçinin yoxlama keçirən şəxslərin təftiş etmək hüququ verən sənədlərin yoxlanılması, bilet üzrə yerində oturtmaq, sərnişinlərin tezalışan, partlayıcı, kəskin qoxulu materiallarla və maddələrlə vaqona minməsinə yol verməmək, yüklərin və ev heyvanlarının müvafiq normalara uyğun daşınması qaydalarına riayət edilməsini təmin edilməsi;
Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi;
Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi;
Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi;
İş rejimi: növbəli qrafik (gecə növbəsi üzrə).
Tələblər
Təhsil səviyyəsi: orta;
İş təcrübəsi: tələb edilmir;
Xarici dil: Rus və ingilis dili üstünlükdür;
Məsuliyyət və intizamlı olmaq;
Komanda ilə çalışmaq bacarığı;
Ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
Diqqətlilik;
Müştəri yönümlülük;
Nəticəyönümlülük;
Problemlem həll etmə bacarığı;
Mütəmadi səfərlərə hazır olmaq.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12464
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+