Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Salyan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 23 aprel 2026
Təsvir
Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə görülən işlərə nəzarət etmək;
Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək;
Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək;
Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Dil bilikləri: Rus dili, İngilis dili;
MS Office bilikləri;
SƏTƏM üzrə qanunvericilik və təlimatlar barədə biliklər.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12461
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+