Elektrik qaz qaynaqçısı-kəsici (Ələt liman sahəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
Bütün metal şərtlərindəki çat və yarıqların əllə işləyən elektrik qaynaq aparatı ilə qaynaq etmək;
Əllə işləyən elektrik qaynaq aparatı ilə bütün növ boruların, yüksək karbonlu polad hissələrin və mürəkkəb konstruksiyalı polad, rəngli metal və xəlitələrin müxtəlif vəziyyətlərdə qaynaq etmək;
Maşın və qurğuların, mexanizmlərin, vaqon hissələrinin defektli hissələrini bərpa etmək;
Əritmə yolu ilə vaqon hissələrinin yeyilmiş hissələrinin doldurulması və qaynaq ediləcək metal konstruksiyaların mürəkkəb çertyojunu oxumaq;
Vaqon çənlərinin əllə qazla kəsən maşınla kəsilməsi, bəzi metallarda olan çatların qaynaq üçün çürüntülərdən təmizləmək.
Tələblər
Müvafiq sahə üzrə peşə təhsili;
Növbəli iş rejimi;
Müxtəlif növ əllə işləyən elektrik qaynaq aparatlarının işləmə və qulluq qaydalarını;
Qaynaq tikişlərində yaranan qüsurların növlərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını, həmçinin metalların qaynağı üzrə əsas biliklər;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13953
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+