Ana Səhifə
Vakansiyalar
Sənaye və İstehsalat

Qaynaqçı, çilingər, santexnik

Qaynaqçı, çilingər, santexnik

Aparıcı şirkətlərdən 13 iş imkanı kəşf edin

PROES

Qaynaqçı (Boru işləri üzrə)

PROES

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri: Müxtəlif diametrli metal boruların qaynaq işlərini layihə və texniki tələblərə uyğun yerinə yetirmək; Boru xətlərinin (su, qaz, isitmə və digər sistemlər üzrə) montajı və qaynaq işlərində iştirak etmək; Qaynaq işlərindən əvvəl materialların hazırlanması, kəsilməsi və təmizlənməsi işlərini aparmaq; Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və standartlara uyğunluğunu təmin etmək; Qaynaq avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək; İş prosesində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək; Texniki çertyoj və sxemlərə əsasən qaynaq işlərini yerinə yetirmək; Quraşdırılmış boru xətlərinin sızdırmazlığının yoxlanılmasında iştirak etmək; Zəruri hallarda təmir və bərpa qaynaq işlərini yerinə yetirmək; İş sahəsinin təmiz və səliqəli saxlanmasını təmin etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə olan tələblər: Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikat; Boru qaynaq işləri üzrə minimum 3-5 il iş təcrübəsi; Elektrik və qaz qaynaq üsullarını bilməli; Texniki çertyojları oxuma bacarığı; Qaynaq standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; Fiziki cəhətdən sağlam və işə davamlı olmalı; Komandada işləmə bacarığı; Diqqətli, məsuliyyətli və intizamlı olmalı. İş şəraiti: Əmək haqqı: 1000-1500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir); İş qrafiki 6 günlük, 09.00-18.00; Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını **Qaynaqçı (Boru işləri üzrə)**yazmaqla qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.