Qaynaqçı (Boru işləri üzrə)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Müxtəlif diametrli metal boruların qaynaq işlərini layihə və texniki tələblərə uyğun yerinə yetirmək;
Boru xətlərinin (su, qaz, isitmə və digər sistemlər üzrə) montajı və qaynaq işlərində iştirak etmək;
Qaynaq işlərindən əvvəl materialların hazırlanması, kəsilməsi və təmizlənməsi işlərini aparmaq;
Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və standartlara uyğunluğunu təmin etmək;
Qaynaq avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək;
İş prosesində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək;
Texniki çertyoj və sxemlərə əsasən qaynaq işlərini yerinə yetirmək;
Quraşdırılmış boru xətlərinin sızdırmazlığının yoxlanılmasında iştirak etmək;
Zəruri hallarda təmir və bərpa qaynaq işlərini yerinə yetirmək;
İş sahəsinin təmiz və səliqəli saxlanmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikat;
Boru qaynaq işləri üzrə minimum 3-5 il iş təcrübəsi;
Elektrik və qaz qaynaq üsullarını bilməli;
Texniki çertyojları oxuma bacarığı;
Qaynaq standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
Fiziki cəhətdən sağlam və işə davamlı olmalı;
Komandada işləmə bacarığı;
Diqqətli, məsuliyyətli və intizamlı olmalı.
İş şəraiti:
Əmək haqqı: 1000-1500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
İş qrafiki 6 günlük, 09.00-18.00;
Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını **Qaynaqçı (Boru işləri üzrə)**yazmaqla qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
PROES
Other
PROES MMC mühəndislik və tikinti xidmətləri üzrə fəaliyyət göstərən şirkətdir və layihələrin uğurlu icrası üçün sifarişçi ilə icraçı arasında doğru kommunikasiya, keyfiyyət və təhlükəsizlik standartlarına ciddi riayət etmə prinsiplərini əsas tutur. Şirkət layihə planlaması, təhlükəsizlik qaydalarına uyğunluq, zamana və büdcəyə qənaət, dolğun sənədləşmə və müasir mühəndislik həlləri ilə müştərilərinə etibarlı və davamlı tərəfdaşlıq təmin edir. “Keyfiyyətin ən açıq sübutu, daimi müştərilərdir” prinsipini işində rəhbər tutur. PROES müxtəlif sahələrdə — offshore layihələrin icrası, servis və diaqnostika xidmətləri, layihələndirmə və dizayn işləri, sənaye və mülki obyektlərin tikintisi, mühəndis kommunikasiya sistemləri və təmir-bəzək işləri kimi kompleks xidmətlər təklif edir. Şirkət innovasiyaların tətbiqinə, komandalarının peşəkarlığına və insan həyatının təhlükəsizliyinə əsaslanan biznes mühiti yaratmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13835
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500