Ana Səhifə
Vakansiyalar

İnsan Resursları üzrə mütəxəssis (Biləcəri)

İnsan Resursları üzrə mütəxəssis (Biləcəri)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 25 aprel 2026

Təsvir

  • İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək və aidiyyəti üzrə təqdim etmək;

  • Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək;

  • Departament üzrə vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;

  • Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;

  • Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq;

  • ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;

  • Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;

  • ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək;

  • İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;

  • Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək;

  • Departament üzrə tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;

  • Departamentdə çalışan işçilərin əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrin hesablanması cədvəllərini işləmək, aidiyyəti üzrə təqdim etmək;

  • Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;

  • Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;

  • Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;

  • Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq;

  • Departament üzrə işçilərin əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;

  • Adaptasiya (işə uyğunlaşdırma) və təcrübə proqramlarının həyata keçirilməsini təşkil və tətbiq etmək;

  • Departament üzrə başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyəti struktura təqdim etmək;

  • Ehtiyac olduqda iş yerlərinin attestasiyasının keçirilməsi prosesində iştirak etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • MS office və 1C bilikləri;

  • Əmək qanunvericiliyinə dair biliklər;

  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;

  • Problem həll etmə, analitik düşüncə, kommunikasiya bacarıqları.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12456

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin vaqonunun bələdçisi

Tam Ştat

Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi; Vaqonların daxili avadanlıqlarının işlədilməsi və qorunmasına nəzarət; Vaqonun isitmə, elektrik avadanlığı, havalandırma, yanğın işarəvericisinin, dövretmə nasoslarının, işarəverici sisteminin və digər vaqon qurğularının işlək vəziyyətdə olmasını yoxlayaraq müəyyən edilməsi; Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi; Minik və yolda hərəkət zamanı sərnişinlərin gediş sənədlərini, xidməti biletlə gedən sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədləri, həmçinin yoxlama keçirən şəxslərin təftiş etmək hüququ verən sənədlərin yoxlanılması, bilet üzrə yerində oturtmaq, sərnişinlərin tezalışan, partlayıcı, kəskin qoxulu materiallarla və maddələrlə vaqona minməsinə yol verməmək, yüklərin və ev heyvanlarının müvafiq normalara uyğun daşınması qaydalarına riayət edilməsini təmin edilməsi; Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi; Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi; Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi; Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi; İş rejimi: növbəli qrafik (gecə növbəsi üzrə).

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Yevlax)

Tam Ştat

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə görülən işlərə nəzarət etmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Xaçmaz)