Xidmət rəisinin qatar briqadalarının işinin təşkili üzrə müavini (Sərnişin daşımaları departamenti)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 23 aprel 2026
Təsvir
Sərnişin daşımaları departamentinin İstismar xidmətində hərəkətin təhlükəsizliyinin, etibar edilən əmlakın və daşınan yükün saxlanışının şərtsiz təmin edilməsi, sərnişindaşıma ehtiyacının ödənməsi, resurslardan səmərəli istifadə edilməsi, ətraf mühütin mühafizəsi tələblərinin təmin edilməsi;
Xidmət keyfiyyətinin yüksəldilməsi, eləcədə standart, qeyri standart və qəza hallarında operativ fəaliyyət göstərilməsi istiqamətində AR Qanunvericiliyinə və ADY-nin rəhbəredici sənədlərinə əsaslanaraq texniki təşkilatı tədbirlər layihələrinin işlənib hazırlanmasını təmin etmək;
Fəaliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və digər öhdəliklərin yerinə yetirilməsinin gedişatı, həmçinin cavabdeh icraçıların fəaliyyətləri barədə adiyyatı üzrə rəhbərliyə hesabat vermək;
Qatar briqadalarının kompetensiyalarının kvalifikasiyalarına uyğunluğunun yoxlanılmasını təmin etmək;
Fəliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyini, qatar briqadalarının işinin təşkilini və kollektivlərdə sosial məsələlərin həllini təhlil edib, nəticələr barədə xidmət rəhbərliyinə əsaslı məlumat təqdim etmək;
Qatar briqadaları üçün şöbə rəhbərlərinin, mütəxəssislərin, mühəndis texniki işçilərinin, nəqliyyat-tədris müəssisələri müəllimlərinin əvvəlcədən iştrakını nəzərdə tutan istehsalat təlimi proqramının hazırlanmasını, texniki tədris bazasının inkşaf proqramının hazırlanmasını və təsdiq edilməsini təmin etmək;
Qatar briqadaları ilə nəzarət təlimat səfərlərinin müəyyən edilmiş müvafiq müddətlərdə təlimatçılar tərəfindən yerinə yetirilməsini təşkil etmək; Qatar briqadalarının müvafiq tələblərə uyğun olaraq, müəyyən edilmiş vaxtlarda və hallarda tibbi müayinədən keçirilməsinə nəzarəti təmin etmək;
Aparıcı peşələrə kadrların hazırlanması, qatar briqadalarının ixtisasının artırılması planını xidmət rəisinə təqdim etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə minimum 5 il;
Rəhbərlik üzrə minimum əmək stajı 5 il;
Qatar briqadalarının iş və istirahət rejmi normalarını bilmək;
Qeyri standart hallarda istismar proseslərinin operativliyini təmin etmək metodlarını bilmək;
Qatar briqadalarının pisixofizioloji xüsusiyyətləri, qatarlarda xidmət fəaliyyətinə mənfi təsir göstərən potensial təhdid və hərəkətləri , xidmət keyfiyyətinin yüksəldilməsi üzrə potensial imkanlardan maksimum istifadə etmək qaydaları üzrə məlumat;
Dəmiryolu nəqliyyatında sosial- mədəni servis fəaliyyəti göstərilməsinə dair tələbləri, sərnişinləri sosial-mədəni xidmətlə təmin etmək üçün metodlar, informasiya təminatı vasitələri və sistemlərini və sosial-mədəni servis fəaliyyətini təmin etmək üçün planların hazırlanmasını və həyata keçirilməsi qaydalarını bilmək.
Xarici dil: Rus dili - yaxşı;
MS Office - yaxşı;
İşin idarə edilməsi və ölçülməsi;
Başqalarını inkişaf etdirmə;
Effektiv komanda qurmaq.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12807
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+