Ana Səhifə
Vakansiyalar
İnzibati və Ofis İdarəçiliyi
İnzibati dəstək

Teplovoz maşinist köməkçisi (Hacıqabul, Ələt)

Teplovoz maşinist köməkçisi (Hacıqabul, Ələt)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 20 aprel 2026

Təsvir

  • Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək;

  • Teplovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək;

  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq;

  • Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək;

  • Teplovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

  • Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq, nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırmaq üçün lazımı tədbirlər görmək;

  • Teplovoz dayanarkən ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək, teplovozda olan təhlükəsizlik qurğuların işinə nəzarət etmək;

  • Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (teplovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək;

  • Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, təyin olunmuş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq;

  • Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (teplovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;

Tələblər

Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə)

Vəsiqə tələbi: Teplovoz maşinist köməkçisi vəsiqəsi

Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ)

Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı

Qatarların hərəkəti və manevr işinə dair Təlimat

Lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimat

Diqqətlilik, mühitə uyğunlaşma, peşəkar ehtiyatlılıq, problem həlletmə, aktiv dinlənmə.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12806

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Xidmət rəisinin qatar briqadalarının işinin təşkili üzrə müavini (Sərnişin daşımaları departamenti)

Tam Ştat

Sərnişin daşımaları departamentinin İstismar xidmətində hərəkətin təhlükəsizliyinin, etibar edilən əmlakın və daşınan yükün saxlanışının şərtsiz təmin edilməsi, sərnişindaşıma ehtiyacının ödənməsi, resurslardan səmərəli istifadə edilməsi, ətraf mühütin mühafizəsi tələblərinin təmin edilməsi; Xidmət keyfiyyətinin yüksəldilməsi, eləcədə standart, qeyri standart və qəza hallarında operativ fəaliyyət göstərilməsi istiqamətində AR Qanunvericiliyinə və ADY-nin rəhbəredici sənədlərinə əsaslanaraq texniki təşkilatı tədbirlər layihələrinin işlənib hazırlanmasını təmin etmək; Fəaliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və digər öhdəliklərin yerinə yetirilməsinin gedişatı, həmçinin cavabdeh icraçıların fəaliyyətləri barədə adiyyatı üzrə rəhbərliyə hesabat vermək; Qatar briqadalarının kompetensiyalarının kvalifikasiyalarına uyğunluğunun yoxlanılmasını təmin etmək; Fəliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyini, qatar briqadalarının işinin təşkilini və kollektivlərdə sosial məsələlərin həllini təhlil edib, nəticələr barədə xidmət rəhbərliyinə əsaslı məlumat təqdim etmək; Qatar briqadaları üçün şöbə rəhbərlərinin, mütəxəssislərin, mühəndis texniki işçilərinin, nəqliyyat-tədris müəssisələri müəllimlərinin əvvəlcədən iştrakını nəzərdə tutan istehsalat təlimi proqramının hazırlanmasını, texniki tədris bazasının inkşaf proqramının hazırlanmasını və təsdiq edilməsini təmin etmək; Qatar briqadaları ilə nəzarət təlimat səfərlərinin müəyyən edilmiş müvafiq müddətlərdə təlimatçılar tərəfindən yerinə yetirilməsini təşkil etmək; Qatar briqadalarının müvafiq tələblərə uyğun olaraq, müəyyən edilmiş vaxtlarda və hallarda tibbi müayinədən keçirilməsinə nəzarəti təmin etmək; Aparıcı peşələrə kadrların hazırlanması, qatar briqadalarının ixtisasının artırılması planını xidmət rəisinə təqdim etmək.

SƏTƏMM üzrə mütəxəssis (Hacıqabul)

Tam Ştat

İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00; Əmək şəraiti: açıq və qapalı məkan; İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək, İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətini təhlil etmək; SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək və işlərin icrasını araşdırmaq; Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında iştirak etmək; İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyinə nəzarət etmək; Binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək; Rəhbər və digər xidmətlər ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək; Tabe stuktur vahidlərinin rəhbərlərinə icbari olaraq əvvəlcədən (işə qəbul zamanı) və dövrü (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçi heyətinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməsini nəzarət etmək; SƏTƏMM sahəsində monitorinqlər keçirmək və çatışmazlıqları aradan qaldırmaq; Mülki müdafiə tədbirlərinin planlaşdırılması və fövqəladə halların qarşısının alınması üzrə tədbirləri təşkil etmək; ADY daxili və xarici ezamiyyələr ola bilər.