Sədrin icraçı ofisi üzrə aparıcı mütəxəssis (Protokol məsələləri üzrə)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Rəhbərliyin iştirak etdiyi səfərlərin, görüşlərin və tədbirlərin təşkilini təmin etmək, eyni zamanda bu fəaliyyətlərin xronoloji uçotunu aparmaq;
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra statusunu aidiyyəti struktur bölmələrdən mütəmadi olaraq əldə etmək, izləmək və sistemli şəkildə qeydiyyatını aparmaq;
Tələb olunan hesabat və arayışların müəyyən edilmiş dövrlər üzrə hazırlanmasını, mütəmadi yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək;
Qərar və tapşırıqların aidiyyəti struktur bölmələrə operativ şəkildə çatdırmaq, icra prosesinə nəzarət etmək və nəticələr barədə hesabatlılığı təmin etmək;
Rəhbərliyin iş qrafikinə uyğun olaraq görüşlər, zənglər, qəbullar və digər fəaliyyətləri əhatə edən iş planını hazırlamaq və effektiv icrasını təmin etmək;
Keçirilən qəbul, görüş, müşavirə və iclasların təşkilati hazırlığını təmin etmək (materialların toplanması, arayış və təqdimatların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.);
Görüş və tədbirlərdə iştirak edərək qeydlər aparmaq, lazımi tədbirlərin həyata keçirilməsini izləmək və yeniliklər barədə rəhbərliyə məlumat vermək;
Rəhbərliyə təqdim edilən arayış, hesabat və təqdimatların məzmun və format baxımından uyğunluğunu yoxlamaq, tələb olunduqda təkmilləşdirmək.
Tələblər
Tәhsil pillәsi: Ali (Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Menecment, Beynəlxalq münasibətlər);
Sahə üzrə minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Rus və İngilis dili (yaxşı səviyyədə);
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
Kompüter bilikləri: MS Office (Power Point, Word, Excel, Outlook)-yaxşı səviyyədə;
Təşəbbüskarlıq və analitik düşüncə bacarıqları;
Vaxtı səmərəli idarə etmək, komandada işləmək və yüksək kommunikasiya (yazılı və şifahi) bacarıqları;
Tələb olunduqda ezamiyyətə getmək imkanı.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13144
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+