Çilingər (Sumqayıt)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 14 aprel 2026

Təsvir

  • İş rejimi: Gündəlik

  • Nasaz alətləri qəbul etmək, baxış keçirmək;

  • Sexlərdə olan alətlərin, qaldırıcı və yolun öz oxuna qaytarılması üzrə avadanlıqların xarab olan hissələrini dəyişdirmək və təmir etmək;

  • Kiçik mexanizmləri və daşınması mümkün olmayan alətləri məntəqələrdə təmir etmək;

  • Emalatxanada istifadə olunan elektrik avadanlıqlarını təmir etmək;

  • İş alətlərini yerində yoxlamaq, onları mütamadi olaraq yağlamaq və işlək vəziyyətdə olmasına nəzarət etmək;

  • Alətlərin vəziyyəti haqqında rəy söyləmək və nasaz olan alətlər haqqında tərtib edilmiş aktlarda imza etmək;

  • Yanğın və texniki təhlükəsizlik qaydalarına əməl etmək.

Tələblər

  • Təhsil: Tam orta;

  • Ümumi yanğın təhlükəsizliyi qaydalarına dair biliklər;

  • Yol təsərrüfatı üzrə görülən təmir işləri və istifadə edilən materiallara dair biliklər.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13143

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yol montyoru (Bakı, Sumqayıt)

Tam Ştat

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Tapşırıqlara əsasən təmir işlərini briqada şəklində və ya yaxın məsafədə 2 nəfərdən ibarət işçilər şəklində yerinə yetirmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək; Bütün növ yol işlərinin yerinə yetirilməsi zaman təhlükəsizlik qaydalarına riayət etmək; Elektrik alətlərlə işləyən zaman təhlükəsizlik qaydalarına riayət etmək və alətlərdə yaranan nasazlıqlar barədə iş rəhbərinə məlumat vermək.

Sədrin icraçı ofisi üzrə aparıcı mütəxəssis (Protokol məsələləri üzrə)

Tam Ştat

Rəhbərliyin iştirak etdiyi səfərlərin, görüşlərin və tədbirlərin təşkilini təmin etmək, eyni zamanda bu fəaliyyətlərin xronoloji uçotunu aparmaq; Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra statusunu aidiyyəti struktur bölmələrdən mütəmadi olaraq əldə etmək, izləmək və sistemli şəkildə qeydiyyatını aparmaq; Tələb olunan hesabat və arayışların müəyyən edilmiş dövrlər üzrə hazırlanmasını, mütəmadi yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək; Qərar və tapşırıqların aidiyyəti struktur bölmələrə operativ şəkildə çatdırmaq, icra prosesinə nəzarət etmək və nəticələr barədə hesabatlılığı təmin etmək; Rəhbərliyin iş qrafikinə uyğun olaraq görüşlər, zənglər, qəbullar və digər fəaliyyətləri əhatə edən iş planını hazırlamaq və effektiv icrasını təmin etmək; Keçirilən qəbul, görüş, müşavirə və iclasların təşkilati hazırlığını təmin etmək (materialların toplanması, arayış və təqdimatların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.); Görüş və tədbirlərdə iştirak edərək qeydlər aparmaq, lazımi tədbirlərin həyata keçirilməsini izləmək və yeniliklər barədə rəhbərliyə məlumat vermək; Rəhbərliyə təqdim edilən arayış, hesabat və təqdimatların məzmun və format baxımından uyğunluğunu yoxlamaq, tələb olunduqda təkmilləşdirmək.