Montajçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
İş planı hazırlamaq üçün resursları müəyyən edir və təhlil edir.
Təhlillər əsasında iş planı hazırlanmasında köməklik göstərir.
Plana əsasən görəcəyi işlərin ardıcıllığını və sərf olunacaq zamanı müəyyən edir.
Müvafiq material və ləvazimatları müəyyən edir və işə hazırlayır.
Montaj işlərində istifadə olunan əl və mexaniki alət və avadanlıqların işlək və saz olmasını yoxlayir.
Patch Panellərin, RJ45 yuvararının, RJ45 ucluqların standartlara uyğun tikilməsinin təmin edir.
Strukturlaşmış kabel sistemi (SKS), Videomüşahidə sistemi, Girişə Nəzarət və İdarəetmə Sistemi (ACS), Video divarların quraşdırılması və verilmiş sxem üzrə qoşulması (montajı) işlərini təmin edir.
Quraşdırma işlərini beynəlxalq telekommunikasiya standartlarının tələblərinə uyğun həyata keçirir.
Kabel xətlərinin, portların və avadanlıqların standartlara uyğun markalanmasını həyata keçirir.
Kabel axtaran qurğunun köməyi ilə kabel magistrallarının müəyyən edir.
Avadanlıqların və sistemlərin montajından sonra test və yoxlama işlərini aparır, nasazlıqları aşkarlayaraq aradan qaldırır.
Test və ölçmə nəticələrini sənədləşdirir və müvafiq texniki hesabatları təqdim edir.
Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir.
Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir.
İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür.
Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir.
İş yerinə aid və ya istifadəsində olan alətlərdən, avadanlıqlardan, vasitələrdən və ləvazimatlardan səmərəli istifadə edir.
Kabel sxemlərinin və port xəritələrinin hazırlanmasında və yenilənməsində iştirak edirş
Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və quraşdırma işlərini layihə planına uyğun icra edir.
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Peşə-ixtisas təhsili (montaj üzrə) və ya ali texniki təhsil
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
MS Office proqramları
Strukturlaşmış kabel sistemləri
CAD sistemlərini bilməsi arzuolunandır.
Əlavə məlumat:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü: Tam ştat
Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik)
İş yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
Push 30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Bakinity Distribution MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12511
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə