Sistem üzrə memar (Sistem arxitektoru)

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Struktur bölmə: Həllərin dizaynı,tətbiqi və mühəndislər şöbəsi

Funksional tabeçilik: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • Satışöncəsi mərhələdə texniki layihələndirməyə rəhbərlik edir, Yüksək Səviyyəli Dizayn (HLD) sənədlərini hazırlayır, yüklərin hesablanmasını aparır və miqyaslana bilən, çevik və dayanıqlı optimal arxitektura həllərini müəyyən edir.

  • Dell, Huawei (əsas vendor), eləcə də HPE, Cisco, Lenovo və SuperMicro məhsul xətləri üzrə dərin texniki ekspertizaya malikdir, avadanlıq və proqram təminatı üzrə spesifikasiyalar (BOM) hazırlayır.

  • Server avadanlıqları, məlumat saxlama sistemləri (Storage), hiperkonvergent infrastruktur (HCI) və ehtiyat nüsxələmə sistemləri (BRS) üzrə müştəri tələblərinə uyğun kompleks həllər formalaşdırır.

  • Əməliyyat sistemlərinin, virtuallaşdırma platformalarının və sistem proqram təminatının (Dell, HPE, Lenovo və s.) seçimini və lisenziyalaşdırılmasını həyata keçirir.

  • Müştərilər və satış komandası ilə sıx əməkdaşlıq edir, tələbləri dəqiqləşdirir, təqdimatlar keçirir, texniki həlləri müdafiə edir və onların biznes dəyərini əsaslandırır. Satışöncəsi texniki materialları və HLD ilə bağlı sənədləri hazırlayır, texniki sualları cavablandırır və müştəri görüşlərində iştirak edir.

  • Bazarı və texnoloji trendləri monitorinq edir, rəqiblərin təkliflərini təhlil edir, vendorların qiymət siyasətini nəzərə alaraq müştəri üçün maksimum əlavə dəyər yaradan (value-added) həllər təklif edir.

  • Texniki spesifikasiyaların müştəri tələblərinə və Texniki Tapşırıq (TT) sənədlərinə uyğunluğunu yoxlayır, uyğunsuzluqları aşkar edir və qeyri-düzgün və ya natamam texniki təkliflər barədə aidiyyəti struktur bölmələri məlumatlandırır.

  • CRM sistemində işləyir, texniki sənədləri, izahatlı qeydləri və müşayiətedici materialları hazırlayır.

  • Vendor və tərəfdaşlıq proqramlarında iştirak edir, sertifikatların əldə olunması prosesində aktiv iştirak edir və həllərin tətbiqi (implementation) mərhələsində layihə komandalarına texniki konsultasiya göstərir.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil.

  • İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq.

  • Sistem inteqratoru və ya vendor mühitində Sistem arxitektoru kimi ən azı 5 il iş təcrübəsi.

  • İnfrastrukturun (Serverlər, Məlumat Saxlama Sistemləri (MSS), hiperkonvergent mühitlər (HCI), ehtiyat nüsxələmə) arxitekturasının layihələndirilməsi və TŞ (Texniki Şərtlər) üzrə spesifikasiyaların hazırlanması təcrübəsi.

  • Müasir serverlərin, MSS-in (SAN/NAS) arxitekturası, virtuallaşdırma və məlumatların mühafizəsi texnologiyaları haqqında güclü biliklər.

  • Hesablamalar/ölçüləndirmə (sizing), Yüksək Səviyyəli Dizaynın (HLD) və texniki-kommersiya təkliflərinin hazırlanması bacarığı.

  • Dell, Huawei, HPE, Cisco portfelləri üzrə biliklərə malik olmaq. Inspur və xFusion ilə iş təcrübəsi üstünlükdür.

  • RFP/tender sənədləri ilə işləmək, CRM və texniki sənədləşmə bacarığı.

  • Texniki həlləri  müştərinin texniki direktoruna  ( CTO)  və İT üzrə mütəxəssislərə təqdim və həlli  əsaslandırır.

  • Dell / Huawei / Cisco / HPE sertifikatlarının olması üstünlükdür

  • Azərbaycan və rus dillərini sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır).

  • MS Office proqramı ilə sərbəst işləmə bacarığı.

  • CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı.

  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.

  • Komanda mühitində işləmək bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

  • Vakansiya növü: Tam ştat

  • İş yeri: “Bakinity Distribution” MMC

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrə və danışıq paketi.

  • Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı.

  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.

  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.

  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11498

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Bu Şirkətdən Daha Çox Vakansiya

Proqramlaşdırma üzrə texniki rəhbər/ Tech Lead – Backend

Tam Ştat

Vəzifə öhdəlikləri: Şirkətin məhsul strategiyasına uyğun olaraq miqyaslana bilən, təhlükəsiz və dayanıqlı server tərəfi (backend) arxitekturaların dizaynına və texniki icrasına rəhbərlik etmək. Mikroservis əsaslı sistemlərin arxitekturasını qurmaq, servis bölgüsünü planlamaq və paylanmış sistemlərdə optimal kommunikasiya mexanizmlərini tətbiq etmək. API strategiyasını formalaşdırmaq (REST standartları, versiyalama, təhlükəsizlik, sənədləşmə), daxili və xarici sistem inteqrasiyalarını dizayn və idarə etmək. Sistemlərin yüksək əlçatanlığını (high availability), performansını, təhlükəsizliyini və dayanıqlı (fault-tolerant) strukturunu təmin etmək. Kodlaşdırma standartlarını, code review proseslərini, test strategiyasını (unit, integration, performance testləri), CI/CD və yerləşdirmə (deployment) proseslərini qurmaq və nəzarətdə saxlamaq. Mövcud sistemləri təhlil etmək, performans məhdudiyyətlərini (bottleneck) müəyyənləşdirmək və optimizasiya yolu ilə dayanıqlılığı artırmaq. Event-driven və mesajlaşma əsaslı arxitekturaların (Kafka, RabbitMQ və ) tətbiqini təmin etmək. Verilənlər bazası arxitekturasını planlamaq, SQL optimizasiyası və keşləmə (caching) strategiyalarını tətbiq etmək. DevOps və infrastruktur komandaları ilə əməkdaşlıq edərək konteynerləşdirmə (Docker) və orkestrasiya (Kubernetes) proseslərini optimallaşdırmaq. Texniki qərarları biznes prioritetləri ilə uyğunlaşdırmaq üçün məhsul və layihə komandaları ilə sıx əməkdaşlıq etmək. Komandada mühəndislik mədəniyyətini inkişaf etdirmək, mentorluq etmək və texniki bilik paylaşımını təşviq etmək. Süni intellekt əsaslı inkişaf alətlərindən istifadə etməklə kod keyfiyyətini artırmaq, inkişaf sürətini yüksəltmək və texniki sənədləşməni təkmilləşdirmək. Süni intellekt tərəfindən yaradılan kodun təhlükəsizliyini, düzgünlüyünü və keyfiyyətini qiymətləndirmək üçün nəzarət mexanizmləri tətbiq etmək.