Proqramlaşdırma üzrə texniki rəhbər/ Tech Lead – Backend
Tam Ştat
Lider
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin məhsul strategiyasına uyğun olaraq miqyaslana bilən, təhlükəsiz və dayanıqlı server tərəfi (backend) arxitekturaların dizaynına və texniki icrasına rəhbərlik etmək.
Mikroservis əsaslı sistemlərin arxitekturasını qurmaq, servis bölgüsünü planlamaq və paylanmış sistemlərdə optimal kommunikasiya mexanizmlərini tətbiq etmək.
API strategiyasını formalaşdırmaq (REST standartları, versiyalama, təhlükəsizlik, sənədləşmə), daxili və xarici sistem inteqrasiyalarını dizayn və idarə etmək.
Sistemlərin yüksək əlçatanlığını (high availability), performansını, təhlükəsizliyini və dayanıqlı (fault-tolerant) strukturunu təmin etmək.
Kodlaşdırma standartlarını, code review proseslərini, test strategiyasını (unit, integration, performance testləri), CI/CD və yerləşdirmə (deployment) proseslərini qurmaq və nəzarətdə saxlamaq.
Mövcud sistemləri təhlil etmək, performans məhdudiyyətlərini (bottleneck) müəyyənləşdirmək və optimizasiya yolu ilə dayanıqlılığı artırmaq.
Event-driven və mesajlaşma əsaslı arxitekturaların (Kafka, RabbitMQ və ) tətbiqini təmin etmək.
Verilənlər bazası arxitekturasını planlamaq, SQL optimizasiyası və keşləmə (caching) strategiyalarını tətbiq etmək.
DevOps və infrastruktur komandaları ilə əməkdaşlıq edərək konteynerləşdirmə (Docker) və orkestrasiya (Kubernetes) proseslərini optimallaşdırmaq.
Texniki qərarları biznes prioritetləri ilə uyğunlaşdırmaq üçün məhsul və layihə komandaları ilə sıx əməkdaşlıq etmək.
Komandada mühəndislik mədəniyyətini inkişaf etdirmək, mentorluq etmək və texniki bilik paylaşımını təşviq etmək.
Süni intellekt əsaslı inkişaf alətlərindən istifadə etməklə kod keyfiyyətini artırmaq, inkişaf sürətini yüksəltmək və texniki sənədləşməni təkmilləşdirmək.
Süni intellekt tərəfindən yaradılan kodun təhlükəsizliyini, düzgünlüyünü və keyfiyyətini qiymətləndirmək üçün nəzarət mexanizmləri tətbiq etmək.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları və ya uyğun sahə üzrə üstünlükdür).
Server tərəfi (backend) inkişaf sahəsində minimum 5 il iş təcrübəsi və komanda idarəetmə bacarığı.
Süni intellekt dəstəkli kod yazma alətləri ilə praktiki təcrübə (məsələn, GitHub Copilot, ChatGPT və s.).
Süni intellektdən kod generasiyası, refaktorinq, xətaların aradan qaldırılması və texniki sənədləşmə üçün səmərəli istifadə bacarığı.
Proqram təminatının hazırlanmasında prompt mühəndisliyi prinsiplərini anlamaq.
Süni intellekt alətlərinin inkişaf prosesinə inteqrasiyası təcrübəsi.
Süni intellekt tərəfindən yaradılan kodun təhlükəsizlik, düzgünlük və keyfiyyət risklərini qiymətləndirmə bacarığı.
Java (Spring Boot) və ya .NET (ASP.NET Core) üzrə güclü bilik.
Mikroservislər, paylanmış sistemlər və REST API arxitekturası üzrə təcrübə.
Verilənlər bazaları (SQL Server / PostgreSQL / MongoDB / Redis) ilə işləmə bacarığı.
Proqram təminatı strukturunun, vəzifə təlimatlarının və texniki sənədlərin hazırlanması qaydalarını bilmək və tətbiq etmək.
AWS və ya Azure Solutions Architect,Certified Kubernetes Administrator (CKA) Java və ya .NET üzrə beynəlxalq sertifikatların olması arzuolunandır.
Güclü ünsiyyət bacarıqları: səlis Azərbaycan dili, yaxşı rus və ingilis dili biliyi üstünlükdür.
CRM sistemləri və korporativ inteqrasiyalar üzrə təcrübə.
Komanda ilə işləmə, operativ qərarvermə və problemlərin effektiv həlli bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00.
İstirahət günləri: Şənbə və bazar (AR Əmək Məcəlləsinə uyğun bayram və qeyri-iş günləri).
Vakansiya növü: Tam ştat.
İş yeri: “Bakinity Distribution” MMC.
Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
Korporativ mobil nömrə və danışıq paketi.
Push 30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarında iştirak.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
Peşəkar inkişaf və karyera yükəlişi üçün geniş imkanlar.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Key Responsibilities:
Lead the design and technical implementation of scalable, secure, and resilient backend architectures aligned with the company’s product strategy.
Design microservices-based architectures, define proper service boundaries, and implement optimal communication mechanisms within distributed systems.
Define API strategy (REST standards, versioning, security, documentation) and design/manage internal and external system integrations.
Ensure high availability, performance, security, and fault-tolerant system architecture.
Establish and oversee coding standards, code review processes, testing strategies (unit, integration, performance testing), CI/CD, and deployment pipelines.
Analyze existing systems, identify performance bottlenecks, and optimize for improved reliability and scalability.
Implement event-driven and messaging-based architectures (Kafka, RabbitMQ, ).
Design database architecture, optimize SQL performance, and implement effective caching strategies.
Collaborate with DevOps and infrastructure teams to optimize containerization (Docker) and orchestration (Kubernetes).
Align technical decisions with business priorities in close collaboration with product and project teams.
Foster engineering culture within the team, provide mentorship, and promote technical knowledge sharing.
Utilize AI-powered development tools to enhance code quality, accelerate development processes, and improve technical documentation.
Implement control mechanisms to evaluate the security, accuracy, and quality of AI- generated code.
Candidate Requirements:
Bachelor’s degree in Information Technology or a related field (preferred).
Minimum 5 years of backend development experience, including team leadership experience.
Hands-on experience with AI-assisted coding tools (e.g., GitHub Copilot, ChatGPT, ).
Ability to effectively use AI for code generation, refactoring, debugging, and technical documentation.
Understanding of prompt engineering principles in software development.
Experience integrating AI tools into development workflows.
Ability to assess security, accuracy, and quality risks of AI-generated code.
Strong proficiency in Java (Spring Boot) or .NET (ASP.NET Core).
Experience with microservices, distributed systems, and REST API
Experience working with databases (SQL Server, PostgreSQL, MongoDB, Redis).
Knowledge of software architecture structuring, technical documentation, and role definition processes.
International certifications such as AWS or Azure Solutions Architect, Certified Kubernetes Administrator (CKA), or Java/.NET certifications are considered an advantage.
Strong communication skills: fluent Azerbaijani required; good Russian and English language skills are an advantage.
Experience with CRM systems and enterprise integrations.
Strong teamwork, problem-solving, and decision-making skills
Working Conditions:
Work schedule: 5 days per week, 09:00–18:00.
Days off: Saturday and Sunday (in accordance with the Labor Code of the Republic of Azerbaijan).
Employment type: Full-time
Location: “Bakinity Distribution” LLC.
Salary: Based on candidate’s qualifications and experience.
Benefits:
Corporate mobile number and communication package.
Access to Push 30 platform.
Participation in development and training programs under AmCham membership.
Opportunity to join Pasha Hayat “Life Insurance” program.
Professional growth and career advancement opportunities.
Interested candidates can apply via th elink in the Apply for job button.
Necə Müraciət Etmək Olar
Bakinity Distribution MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9795
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Lider