Biznesin inkişafı üzrə Baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mövcud bazar qiymətlərini müəyyən edir, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirir.
Xarici və yerli alışları yerinə yetirir, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini təmin edir.
Cəmiyyət daxili formalaşdırılmış sifarişləri anbarda mövcud olan məhsul və materialların miqdarı ilə müqayisə edib, aidiyyati şöbələri məhsullarla təmin edir.
Cəmiyyətin satınalma siyasətinə ciddi riayət edir, satınalma prosesləri üzrə sənədləşmənin düzgün, tam və vaxtında aparılmasını təmin edir.
Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq istehsalçıdan (Huawei) alınması zəruri hesab edilən avadanlıqlar üzrə qiymət təhlilini həyata keçirir, uyğun tərəfdaş şirkətlərlə müqavilələrin bağlanmasını təmin edir. Huawei brendi üzrə şirkətin strateji biznes hədəflərinin hazırlanması, tətbiqi və icrasında iştirak edir, biznesin inkişafı üçün strategiyaların qiymətləndirilməsi, təhlili və formalaşdırılması ilə məşğul olur. Əsas layihələrin inkişafına rəhbərlik edir, biznes razılaşmalarının uğurla yekunlaşdırılmasına cavabdehlik daşıyır, müqavilə və satınalma danışıqlarını aparır. Avadanlıq alınması üçün büdcə hazırlanması və icra edilməsi üzrə müvafiq işləri yerinə yetirir.
Huawei məhsulları üzrə planlaşdırılmış hədəflərlə faktiki icra nəticələri arasında balansın qorunmasını və icrasını təmin edir, Cəmiyyətin tərəfdaş statusunun saxlanılması məqsədilə zəruri tədbirlər görür.
Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil edir.
Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosesləri effektiv idarə edir.
Huawei məhsul və həllərinin xüsusiyyətlərini müştərilər və tərəfdaşlara təqdim edir, potensial müştəri və tərəfdaşların cəlb edilməsi məqsədilə görüşlər təşkil edir və keçirir
Bütün tələb olunan sənədləşmə və yazışmaları aparır, müvafiq iclaslarda iştirak edir.
Görülən işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlayır.
İstehsalçı tərəfdaş (vendor) sistemində layihələrin qeydiyyatını həyata keçirir, qeydiyyat statuslarını mütəmadi izləyir, satış nümayəndələrindən geribildirim alır və qeydiyyat müddətlərinin uzadılmasına nəzarət edir.
Satış əməliyyatlarının icrasını təmin edən struktur bölmə ilə birgə müştərilər və tərəfdaşlar üçün avadanlıqlar üzrə təqdimatların hazırlanmasını və keçirilməsini təmin edir.
Əmək intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir.
Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən digər aiddiyyəti tapşırıqları yerinə yetirir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Ali təhsil.
Şəbəkə, informasiya texnologiyaları və ya telekommunikasiya sahəsində baza biliklər (Huawei məhsulları üzrə biliklər üstünlükdür).
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.
MS Office proqramı ilə sərbəst işləmə bacarığı.
CRM ( Bitriks 24) və 1C ilə işləmə bacarığı.
Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.
Komanda mühitində işləmək bacarığı.
Əlavə məlumat:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü: Tam ştat
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
Push 30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Bakinity Distribution MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12818
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə