Supermarketlər üzrə satış şöbə müdiri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 15 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Supermarketlər üzrə satış strategiyasınının hazırlanması
Satış komandasının (satış təmsilçiləri, bölgə menecerləri və s.) effektiv idarə edilməsi, komandanın inkişafının təmin edilməsi
Satış proseslərinin düzgün və fasiləsiz icrasını təmin etmək
Qaytarma, silinmə və stok proseslərinin düzgünlüyünə nəzarət etmək
Şəbəkələrdən ödənişlərin vaxtında alınmasını təmin etmək
Satış planlarının hazırlanması və icrasına nəzarət
Müştəri şəbəkəsinin genişləndirilməsi və mövcud müştərilərlə əlaqələrin inkişafı
Satış göstəricilərinin və bazar trendlərinin təhlili
Marketinq departamenti ilə birlikdə aksiya və kampaniyaların hazırlanması və icrası
Müştərilərlə müqavilələrinin bağlanması və yenilənməsini təşkil etmək
Müştərilərlə qiymət razılaşmaları və xüsusi təkliflərin hazırlanmasında iştirak etmək
Satış nöqtələrinin rayon, qəsəbə, alt-lokasiya uyğun olaraq ərazi bölgüsünün aparılması və rut planlarının optimallaşdırılması
Satış nöqtələrində brend standartlarının (planogram, rəf payı, feysinq) qorunmasına və merçandayzinq keyfiyyətinə nəzarət edilməsi
Rəqiblərin qiymət siyasətinin, kampaniyalarının və yeni məhsul təqdimatlarının mütəmadi monitorinqi və analizi
Satış komandasının sahə bacarıqlarını artırmaq üçün mütəmadi olaraq birgə ərazi ziyarətlərinin həyata keçirilməsi
Tələblər
FMCG satış sahəsində (Modern Trade, Key Account Management) 2 ildən çox rəhbər olaraq təcrübə
Güclü kommunikasiya, şəbəkələrlə (retail chains) danışıqlar aparmaq bacarığı
Qiymət, promo və margin strukturlarını idarə etmək bacarığı
Trade-marketinq alətləri və merçandayzinq standartları barədə praktiki təcrübə
Analitik düşüncə
Liderlik və komanda idarəetmə bacarıqları
Proaktivlik və təşəbbüskarlıq
MS Office proqramlarında sərbəst işləmək
Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili arzuolunandır
B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması (şəhər və rayon ərazilərinə mütəmadi ezamiyyətlər üçün).
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Razılaşma əsasında;
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
5 günlük iş rejimi; İş saatları 09:00-dan 18:00-dək
İş yeri:
Xırdalan şəhəri (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini qeyd olunan linkə daxil olub https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14149
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
201-500