Logistika analitiki
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Logistika əməliyyatları üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə məlumatların təqdimatı;
Logistika üzrə proqramlara müvafiq məlumatların daxil edilməsi və düzgünlüyünün yoxlanması;
Logistik əməliyyatlarının optimallaşdırılması;
Anbar, daşınma və yanacaq xərclərinin təhlili və strukturlaşdırılması;
KPI-ların (çatdırılma vaxtı, xərc/km, sifariş icra faizi və s.) hazırlanması və monitorinqi
Maliyyə, anbar və nəqliyyat komandaları ilə koordinasiyanın təmin edilməsi.
Tələblər
Ali təhsil: Bakalavr (İqtisadiyyat, Logistika, Biznes idarəçiliyi və ya əlaqəli sahə)
Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili İngilis dili -üstünlükdür;
Excel proqramını yüksək səviyyədə bilmək;
SQL Serverdə işləmə bacarığı;
Power BI data modellərin qurulması və dataların vizallaşdırılması bacarıcı;
Data analitika, Logistika və Təchizat zənciri üzrə sertifikatların olması üstünlükdür.
Şəxsi keyfiyyət göstəriciləri:
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqətlilik;
Analitik düşünmə qabiliyyəti;
Təqdimat bacarığı;
Kommunikasiya və problem həll etmə bacarığı;
Komandada işləmək bacarığı.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Razılaşma əsasında;
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
5 günlük iş rejimi; İş saatları 09:00-dan 17:00-dək
İş yeri:
Xırdalan şəhəri (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan linkə daxil olub https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12721
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500