Anbar mühasibi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə);
Komputer bilikləri: MS Office – Orta;
Dil bilikləri: Azərbaycan – Əla;
Minimum təcrübə: 1 il;
Riyazi biliklər və analitik düşünmə bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
Dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
Rus və ya ingilis dili biliyi;
Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar;
Mikro ERP proqramında işləmək bacarığı.
İş barədə:
Anbara daxil olan malların alışlarını və qaytarma sənədlərin sistemə işlənilməsi;
Satış edilən məhsulların sənədlərinin yoxlanması, yalnışlıqlar olduqda düzəlişlərin olunması və sistemə işlənməsi;
Anbar qalıqları üzrə düzəlişlərin olunması;
Maliyyə sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada təhvil verilməsi;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş vaxtının norması:
09:00-18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Anbar mühasibi” qeyd olunan linkə göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11409
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500