İnsan Resursları üzrə Təcrübə Proqramı
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Sirab Satış və Dağıtım MMC olaraq İnsan Resursları üzrə Təcrübə Proqramı elan edirik!
Proqramın məqsədi
Gənc mütəxəssis olmaq istəyən namizədlərə praktiki biliklər qazandırmaq, onların peşəkar inkişafına dəstək olmaq və real iş mühitində təcrübə toplamaqlarına şərait yaratmaq.
İş yeri
Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Tələblər
Ali təhsil (İnsan Resursları və ya İqtisadiyyat);
MS Office proqramlarında yaxşı səviyyədə biliklər;
Azərbaycan dili – əla; Rus və İngilis dilləri – üstünlükdür;
Operativlik, dəqiqlik, məsuliyyətlilik;
Güclü ünsiyyət bacarığı və öyrənməyə meyillilik.
Təminatlar
Şirkət tərəfindən yemək təminatı;
Yol xərclərinin ödənilməsi;
Real HR proseslərində iştirak imkanı;
Rəsmi qeydiyyat
Proqram sonunda xasiyyətnamə
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10363
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500