Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 24 mart 2026
Təsvir
Əsas tələblər:
Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel);
New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;
Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.
Fərdi keyfiyyət göstəriciləri:
Dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
Mikro ERP proqramında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
ƏDV, ÖMV, Əmlak, Muzdlu işlə əlaqədar Vahid bəyannamə hazırlanması və təqdim edilməsi;
Xərclərin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanması;
Vergi orqanlarından daxil olan məktubların, sorğuların cavablandırılması.Yoxlama zamanı tələb edilən sənədlərin hazırlanması və təqdim edilməsi;
Hər ayın sonunda debitor-kreditor hesablarının qalıqlarının uyğunluğunu yoxlamaq;
Təchizatçılara, podratçılara, işçilərə və dövlət qurumlarına ödəniş tapşırıqlarının düzgün hazırlanması;
Vergi, DSMF, İTS, cərimə və digər dövlət ödənişlərinin icrası;
Bank çıxarışlarının (statement) gündəlik və ya aylıq Micro proqramına işlənilməsi.
İş vaxtının norması:
5 günlük iş rejimi;
09:00\18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A Masazır dairəsinin yaxınlığı
Müraciət forması:
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9742
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500