Kateqoriya mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 15 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Spirtli içkilər portfeli üçün kateqoriya strategiyalarının hazırlanması və icra edilməsi;
Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək, brend strategiyalarını və inkişafını müəyyən etmək;
Yeni məhsulların yaradılması, məhsul portfelinin optimizasiyası və genişləndirilməsi;
Anbar stok hərəkəti və satış proqnozlarına uyğun olaraq sifarişləri vermək;
Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək;
Təchizatçılarla üzləşmə aparmaq;
Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Marketinq və Biznesin idarəedilməsi ixtisası üstünlükdür)
Komputer bilikləri (Microsoft office);
Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili və İngilis dili-yaxşı səviyyədə;
Təcrübə: FMCG, Retail sahəsində təcrübə
Fərdi keyfiyyət göstəriciləri:
Məsuliyyətli
Analitik düşünmə bacarığı
Komandada işləmə bacarığı
Yaradıcı
Planlaşdırma və problem həll etmə bacarığı
Yenilikçi, innovativ yanaşmalara və öyrənməyə açıq
Proaktiv
İş vaxtının norması: 09:00-17:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Kateqoriya mütəxəssis” yazmaqla qeyd olunan linkə daxil olub https://karyera.sirab.az/ ünvana göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14148
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500