Təftiş işləri üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 15 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müxtəlif şöbələrin fəaliyyətinin yoxlanılması və daxili auditlərin təşkili;
Yoxlama nəticələri üzrə hesabatların hazırlanması və aşkar olunan nöqsanların aradan qaldırılmasına nəzarət;
Şirkət - müştəri borc qalıqlarının üzləşdirilməsi;
Aşkar edilmiş çatışmazlıqların aktlaşdırılması və mövcud çatışmazlıqların həlli istiqamətində addımların atılması;
Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.
Əsas tələblər:
Ali təhsil: Bakalavr (İqtisadiyyat üzrə);
Komputer bilikləri (Microsoft office);
Dil bilikləri: Azərbaycan-əla;
B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
Komanda ilə işləmə bacarığı;
Planlaşdırma və problem həll etmə bacarığı;
Riyazi biliklər və analitik düşünmə bacarığı;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
İş vaxtının norması:
5 günlük iş rejimi;
09:00/18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri:
Xırdalan şəhəri, (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini göstərilən linkə daxil olub göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14150
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500