Təhlükəsizlik üzrə Menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Operativ və praktiki idarəetmə yolu ilə bütün təhlükəsizlik əməkdaşlarının öz öhdəliklərini otelin siyasət və prosedurları, eləcə də tətbiq edilən qanunlara müvafiq olaraq yerinə yetirmələrini təmin etmək üçün onlara yaxından nəzarət edir;
Təhlükəsizlik əməkdaşlarının hər zaman təyin edilmiş ərazilərdə olmalarını təmin edir;
Bütün ictimai ərazilər, restoranlar, qonaq otaqları, ofislər, avadanlıq otaqları və otelin bütün digər ərazilərində keşik çəkilməsini təmin etmək, bütün qonaqların, otelin işçilərinin texniki təhlükəsizliyi, mühafizəsi və rahatlığına əmin olmaq. Bütün təhlükəsizlik işçilərinin şübhəli şəxslərə və məqalələrə nəzarət etmələrini təmin edir;
Yanğın, təhlükəli şəraitlər, eləcə də çatışmayan və ya işləməyən texniki təhlükəsizlik avadanlıqlarını müəyyən etmək üçün ictimai ərazilərdə gözətçilik funksiyasını yerinə yetirir;
Şöbədaxili, eləcə də digər şöbələrlə bağlı olan əməliyyat prosedurlarının normal həyata keçirilməsini təmin edir;
Sorğular keçirmək, bütün təhlükəsizlik və yanğın ilə əlaqəli insidentlərə dair yoxlamalar aparmaq və ilkin hesabatlar təqdim edir;
Hər iş növbəsində təhlükəsizlik əməkdaşları üçün onların öz öhdəliklərinə başlamazdan 15 dəqiqə əvvəl otelin fəaliyyətlərinə / günün öhdəliklərinə dair gündəlik brifinq (təlimatlandırma) keçirmək;
Fövqəladə vəziyyət baş verən zaman yanğınla mübarizə üzrə təhlükəsizlik komandasını təşkil və onun işinə kömək etmək;
Bütün evakuasiya çıxışlarının hər zaman maneələrdən azad olmasını təmin edir;
Fövqəladə vəziyyətlərdə rəhbərliyə və ofislərə kömək edir;
Otelin qonaqları və işçilərinin iştirak etdiyi hər hansı qəza və təhlükəsizlik şəraitlərinin araşdırılmasına kömək edir;
Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək;
Əməkdaşların çantalarının yoxlanılması, müntəzəm olaraq dolablarda axtarışların həyata keçirilməsinə kömək etmək və bu fəaliyyətlərin otelin siyasət və prosedurlarına müvafiq olaraq həyat keçirilməsini təmin edir;
İşçilər üçün nəzərdə tutulmuş giriş qapısı vasitəsilə otelə daxil olan və oteldən çıxan bütün işçiləri yoxlamaq və onların hərəkətinə nəzarət etmək;
Tələblər
Təcrübə: Müvafiq sahə üzrə 5 il (Rəhbər olaraq minimum 3 il)
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
İdarəçilik və təşkilatçılıq bacarığı;
MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
Azərbaycan dili – sərbəst;
Rus və ya İngilis dili – yaxşı səviyyədə;
Fərdi keyfiyyət göstəriciləri:
Fiziki dözümlülük;
Nəzarət və yoxlama avadanlıqların istifadəsi üzrə biliklər;
İlkin tibbi yardım üzrə biliklər;
Yanğın söndürmə üzrə biliklər;
Stress altında işləmə;
Dinləmə bacarıqları;
Konfliktləri həll etmə bacarığı;
Detallara diqqətli olmaq;
İş vaxtının norması:
5 günlük iş həftəsi (Növbəli qrafik)
İstirahət günü: 2 (iki) gün.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə və danışıq paketi;
Tibbi sığorta.
Iş Yeri:
Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton/ The Central Point Hotel Baku
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11010
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000