Baş Aşpaz
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Bütün restoran şöbələri və banket funksiyalarının gündəlik kulinariya fəaliyyətlərini idarə etmək.
Brendin kulinariya standartları və əməliyyat prosedurlarına (SOP) tam uyğunluğunu təmin etmək.
Pik xidmət saatlarında mətbəx işlərini nəzarətdə saxlamaq və yerində təlim və dəstək vermək.
Müntəzəm olaraq yeməyin keyfiyyəti, dadı, təqdimatı və porsiya ölçüsünü yoxlamaq.
Xidmət zamanı restoranlarda fəal iştirak etmək, zərurət olduqda qonaqlarla birbaşa ünsiyyət qurmaq.
Mövsümi və tədbir əsaslı menyular hazırlamaq, bazar trendləri və qonaq gözləntilərinə uyğunlaşdırmaq.
Mətbəx büdcəsinə nəzarət etmək; ərzaq xərcləri və işçi qüvvəsi hədəflərinə riayət olunmasını təmin etmək.
Təchizat şöbəsi ilə əməkdaşlıq edərək keyfiyyətli məhsulların sərfəli qiymətə alınmasını təmin etmək.
Anbar ehtiyatlarını izləmək, israfı minimuma endirmək və istehsal planlamasını səmərəli həyata keçirmək.
Aşpaz heyətini idarə etmək, təlim keçmək və ruhlandırmaq; məsuliyyət, hörmət və yaradıcılıq mühitini təşviq etmək.
Yeni əməkdaşların işə qəbulu, uyğunlaşdırılması (onboarding) və fəaliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək.
Qida təhlükəsizliyi və sağlamlıq qaydalarına tam riayət olunmasını təmin etmək.
HACCP jurnalları, temperatur qeydləri və təmizlik cədvəllərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək.
Audit yoxlamalarına hazır olmaq və onların uğurlu keçməsini təmin etmək.
Gündəlik brifinqlərdə və həftəlik rəhbərlik görüşlərində iştirak edərək ümumi əməliyyatlarla kulinariya şöbəsinin əlaqələndirilməsini təmin etmək.
Aylıq hesabatlar təqdim etmək (istehlak, israf, hadisələr, təlim nəticələri və s.).
Xüsusi aksiyalar, tədbirlər və yeni kulinariya ideyaları üzrə təşəbbüslərlə çıxış etmək.
Tələblər
Ali və ya natamam ali təhsil.
İş təcrübəsi: Müvafiq sahəsində ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi.
Mətbəx xidmətlərinin göstərilməsi qaydalarını;
Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
Peşəkar, işgüzar görünüş və təqdimat;
Problemləri həll etmə bacarığı;
Əla təşkilatçılıq bacarığı;
Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili – yaxşı səviyyədə.
Fərdi keyfiyyət göstəriciləri:
Fiziki dözümlülük;
Üstün aşpazlıq və kulinariya bacarıqları;
Mətbəx büdcəsini idarə etmək;
Mətbəxdə gigiyenik və təhlükəsiz qaydalara riayət edilməsi;
Mətbəxdə vəzifələrin bölüşdürülməsi və onların icrasına rəhbərlik etmək;
Yaradıcı və unikal menyular tərtib etmək bacarığı;
Mətbəxdə ilk tibbi yardımın necə tətbiq edilməsi;
Stressin idarə edilməsi;
Yüksək səviyyədə nizam-intizamlılıq;
Strukturlu çalışma.
İş vaxtının norması:
5 günlük iş həftəsi (Növbəli qrafik)
İstirahət günü: 2 (iki) gün.
Digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə və danışıq paketi;
Tibbi sığorta.
İş yeri:
Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton/ The Central Point Hotel Baku
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11008
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000