Satınalma üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Satınalma Prosesinin İdarəedilməsi
Şirkət siyasətinə, prosedurlara və layihə qrafiklərinə uyğunluğu təmin etməklə, mal və xidmətlər üzrə bütün növ satınalma sorğularının idarə edilməsi
Hərtərəfli qiymət müqayisələri vasitəsilə ən əlverişli qiymətləri və yüksək keyfiyyətli mal və xidmətləri təmin etmək üçün bazarın qiymətləndirilməsi
Təşkilati ehtiyaclara uyğun olaraq həm yerli, həm də beynəlxalq satınalma sifarişlərinin (PO) hazırlanması
Daxili komanda ilə sıx əməkdaşlıq edərək onların satınalma ehtiyaclarını anlamaq və bu ehtiyacların ümumi korporativ prioritetlərlə uyğunluğunu təmin etmək
Riskin İdarəedilməsi və Logistika
Mümkün kəsilmələrə qarşı qorunmaq üçün təchizatçıların diversifikasiyası və fövqəladə hallar planlaması daxil olmaqla, risklərin azaldılması strategiyalarının tətbiqi
Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək üçün logistika komandası ilə tərəfdaşlıq edilməsi
Təchizat zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması
Müqavilə və Danışıqlar
Müqavilələrin icrasına nəzarət edilməsi, müqavilə fayllarının saxlanılması və onlardan gələcəkdə istinad mənbəyi kimi istifadə olunması
Təchizatçılarla qiymət danışıqlarının, ödəniş şərtlərinin, çatdırılma qrafiklərinin və digər müqavilə şərtlərinin idarə edilməsi
Xərclərə qənaət və səmərəli fəaliyyəti təmin etmək məqsədilə əlverişli şərtlər əldə etmək üçün podratçılarla danışıqların aparılması
Uçot və Koordinasiya
Həm ERP sistemində, həm də ortaq qovluqlarda izlənilə bilənliyi və şəffaflığı təmin etməklə, satınalma qeydlərinin dəqiq və aktual şəkildə aparılması
Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, hüquq və layihə idarəetməsi kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət
Anbar və İnventarizasiya
Anbar ehtiyatlarının səviyyəsinə nəzarət edilməsi və minimum ehtiyat limitlərinin qorunub saxlanılması
Anbar qalığının dəqiqliyini təmin etmək üçün müntəzəm olaraq inventarizasiya (sayım) prosesinin aparılması
Mal materiallarının anbardan çıxışı və daxili bölmələrə paylanması prosesinin ERP sistemində qeydiyyatı
Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi
Tələblər
Peşəkar Bacarıqlar
Texnologiya bazarı, eləcə də resursların tapılması (sourcing) və satınalma metodologiyaları üzrə biliklər
ERP sistemlərində işləmə təcrübəsi
Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı
Detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı
Şəxsi Keyfiyyətlər
Mükəmməl ünsiyyət, danışıqların aparılması (negotiation) və işgüzar əlaqələrin qurulması (networking) bacarıqları
Stress altında işləmək qabiliyyəti
Komanda ilə əməkdaşlıq etmək və müstəqil qərar qəbul etmək bacarığı
Dil Bilikləri
Azərbaycan dilini — mükəmməl səviyyədə (məcburi)
Rus dilini — mükəmməl səviyyədə (üstünlük)
İngilis dilini — mükəmməl səviyyədə (üstünlük)
Sürücülük
B kateqoriyalı sürücülük vəsiqəsi ( məcburi )
Aktiv sürücülük təcrübə - minimum 2il
Necə Müraciət Etmək Olar
İKMA Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12596
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə