Ana Səhifə
Vakansiyalar

Əməliyyatlar üzrə Menecer

Əməliyyatlar üzrə Menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 4 may 2026

Təsvir

Əməliyyat İdarəetməsi

  • Əməkdaşların təhlükəsizliyinə tam cavabdehlik; təhlükəsizlik mədəniyyətinin qorunması

  • Müştəri məmnuniyyəti səviyyəsinin təmin edilməsinə cavabdehlik

  • Texniki xidmət əməliyyatlarına rəhbərlik; xidmətin keyfiyyəti və gəlirliliyinin təmin edilməsi

  • Fərdi hədəflərin müəyyənləşdirilməsi, illik planların hazırlanması və mütəmadi izlənilməsinə nəzarət

  • Əməkdaşlar üçün planlamanın hazırlanması

  • Əməliyyat proseslərinin, təhlükəsizlik standartlarının mütəmadi auditinin aparılması

Satış

  • Qəbul edilmiş sifarişlərin icrasına tam nəzarət

  • Satış meneceri ilə birgə düzgün xidmət təklifinin və dəyər təkliflərinin hazırlanmasının təmin edilməsi

  • Yerinə yetirilmiş işlərin vaxtında faktura edilməsinin nəzarəti

Liderlik və Kadr İdarəetməsi

  • Nəzarətçilərdən ibarət komandasının idarə edilməsi: həftəlik kontrol görüşləri

  • Sahə / müştəri ziyarətlərinin mütəmadi aparılması; sahə auditlərinin icra edilməsi

  • Komandanın məqsədlərə çatması üçün lazımi resurslara nəzarət

  • İşçilərin motivasiyasına dair tədbirlərin həyata keçirilməsi

  • Texniki xidmət əməliyyatları komandasının peşəkar inkişafına cavabdehlik

Müştəri Yönümlülük

  • Müştərilərlə aktiv əməkdaşlıq;

  • Nəzarətçi və texniklərin müştəri mərkəzli yanaşma sərgilənməsi

  • Texniki xidmət müqaviləsinin bütün mərhələlərinde müştəri təcrübəsi əlaqə nöqtələrinin icrasına nəzarət

Tələblər

Şəxsi Keyfiyyətlər

  • Mükəmməl ünsiyyət, danışıqların aparılması (negotiation) və işgüzar əlaqələrin qurulması (networking) bacarıqları

  • Stress altında işləmək qabiliyyəti

  • Komanda ilə əməkdaşlıq etmək və müstəqil qərar qəbul etmək bacarığı

Dil Bilikləri

  • Azərbaycan dilini — mükəmməl səviyyədə (məcburi)

  • İngilis dilini — iş mühiti səviyyəsində (məcburi)

Peşəkar Bacarıqlar

  • ERP sistemlərində işləmə təcrübəsi

  • Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı

  • Detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12595

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Satınalma üzrə Mütəxəssis

Tam Ştat

Satınalma Prosesinin İdarəedilməsi Şirkət siyasətinə, prosedurlara və layihə qrafiklərinə uyğunluğu təmin etməklə, mal və xidmətlər üzrə bütün növ satınalma sorğularının idarə edilməsi Hərtərəfli qiymət müqayisələri vasitəsilə ən əlverişli qiymətləri və yüksək keyfiyyətli mal və xidmətləri təmin etmək üçün bazarın qiymətləndirilməsi Təşkilati ehtiyaclara uyğun olaraq həm yerli, həm də beynəlxalq satınalma sifarişlərinin (PO) hazırlanması Daxili komanda ilə sıx əməkdaşlıq edərək onların satınalma ehtiyaclarını anlamaq və bu ehtiyacların ümumi korporativ prioritetlərlə uyğunluğunu təmin etmək Riskin İdarəedilməsi və Logistika Mümkün kəsilmələrə qarşı qorunmaq üçün təchizatçıların diversifikasiyası və fövqəladə hallar planlaması daxil olmaqla, risklərin azaldılması strategiyalarının tətbiqi Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək üçün logistika komandası ilə tərəfdaşlıq edilməsi Təchizat zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması Müqavilə və Danışıqlar Müqavilələrin icrasına nəzarət edilməsi, müqavilə fayllarının saxlanılması və onlardan gələcəkdə istinad mənbəyi kimi istifadə olunması Təchizatçılarla qiymət danışıqlarının, ödəniş şərtlərinin, çatdırılma qrafiklərinin və digər müqavilə şərtlərinin idarə edilməsi Xərclərə qənaət və səmərəli fəaliyyəti təmin etmək məqsədilə əlverişli şərtlər əldə etmək üçün podratçılarla danışıqların aparılması Uçot və Koordinasiya Həm ERP sistemində, həm də ortaq qovluqlarda izlənilə bilənliyi və şəffaflığı təmin etməklə, satınalma qeydlərinin dəqiq və aktual şəkildə aparılması Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, hüquq və layihə idarəetməsi kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət Anbar və İnventarizasiya Anbar ehtiyatlarının səviyyəsinə nəzarət edilməsi və minimum ehtiyat limitlərinin qorunub saxlanılması Anbar qalığının dəqiqliyini təmin etmək üçün müntəzəm olaraq inventarizasiya (sayım) prosesinin aparılması Mal materiallarının anbardan çıxışı və daxili bölmələrə paylanması prosesinin ERP sistemində qeydiyyatı Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi