Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Digər satış işləri

Satınalma üzrə mütəxəssis/ aparıcı mütəxəssis

Satınalma üzrə mütəxəssis/ aparıcı mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis texniki tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və satınalma prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq.

  • Yerli və beynəlxalq bazarların araşdırılması, uyğun vendor və təchizatçıların seçilməsi;

  • Son istifadəçi ilə texniki razılaşdırmaların aparılması, PR-ların düzgün analiz edilməsi və uyğun vendorlara yönləndirilməsi;

  • Təchizatçılarla danışıqlarda iştirak, müqavilə və satınalma sifarişlərinin (PO) hazırlanması;

  • Satınalma planının qrafikə uyğun icrasının təmin edilməsi;

  • Sahəyə baxışların keçirilməsi, texniki görüşlərdə iştirak;

  • Alternativ, sərfəli və keyfiyyət tələblərinə uyğun həllərin təklif edilməsi;

  • SAP sistemində satınalma sənədlərinin hazırlanması;

Tələblər

  • Təhsil: Ali (Texniki-Mühəndislik arzuolnunadır, İqtisadiyyat);

  • Dil bilikləri: İngilis və Rus - səlis;

  • Təcrübə: Minimum 3 il;

Xüsusi tələblər:

  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;

  • Stresə davamlılıq;

  • Kritik işlərdə çevik davranma;

  • İT bilikləri: MS Office və digər;

  • Təlim və sertifikatlar: CİPS (arzuolunandır) və digər oxşar;

Necə Müraciət Etmək Olar

Baku Steel Company

Baku Steel Company

Other

Baku Steel Company (BSC) Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavodun rəsmi açılışı 23 iyun 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Şirkət Azərbaycan metallurgiya sənayesində əsas istehsalçılardan biri kimi polad məhsullarının istehsalı ilə məşğuldur. BSC ölkənin qeyri-neft sektorunda iri ixracatçı və vergi ödəyicilərindən biri kimi fəaliyyət göstərir və dayanıqlı inkişaf prinsiplərinə xüsusi diqqət ayırır. Şirkət müasir texnologiyaların tətbiqi, keyfiyyət standartları və istehsal proseslərinin təkmilləşdirilməsi istiqamətində davamlı şəkildə inkişaf etməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12819

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan Resursları üzrə mütəxəssis

Tam Ştat

İşin qısa təsviri İş vaxtının uçotu üzrə mütəxəssis şirkətdə çalışan əməkdaşların gündəlik davamiyyətinə nəzarət edir, iş vaxtının uçotunun düzgün aparılmasını təmin edir, müvafiq sənədləri formalaşdırır və məlumatları 1C sistemində qeydiyyata alaraq hesabatların hazırlanmasını həyata keçirir. Əsas vəzifə və məsuliyyətlər İşçilərin gündəlik davamiyyətinə nəzarət etmək və iş vaxtının uçotunu aparmaq; Tabel sənədlərini düzgün və vaxtında formalaşdırmaq; Struktur bölmələrdən daxil olan iş qrafikləri və növbətçilik cədvəllərini qəbul etmək və məlumatları 1C proqramına daxil etmək; İşçilərin giriş-çıxış saatlarını yoxlamaq və sistemdə müvafiq yeniləmələr aparmaq; İşçilərin işdə olmamasını təsdiq edən sənədləri (xəstəlik vərəqələri, xəstəyə qulluq arayışları və digər əsaslandırıcı sənədlər) yoxlamaq və qeydiyyata almaq; Müvafiq məlumatları 1C sisteminə daxil etmək və tabeldə qeydlər aparmaq; İşçilərin işə çıxmaması ilə bağlı səbəbləri araşdırmaq və gündəlik/aylıq hesabatlar hazırlamaq; Struktur bölməyə daxil olan müraciətləri qeydiyyata almaq, aidiyyəti üzrə yönləndirmək və icrasına nəzarət etmək; Elektron davamiyyət sistemlərinin məlumatlarını yoxlamaq və uyğunsuzluqları aradan qaldırmaq; İş prosesində əldə olunan şəxsi və xidməti məlumatların məxfiliyini qorumaq; Rəhbərlik tərəfindən verilən və İnsan Resursları üzrə daxili normativ sənədlərə uyğun digər tapşırıqları icra etmək.