Satınalma üzrə böyük mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

  • İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır;

  • Ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırmaqla həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir;

  • Xarici ölkədən alınmış malların Azərbaycan Respublikası ərazisinə daşınmasını, Azərbaycan Respublikasının gömrük sərhədində rəsmiləşdirilməsini və işəgötürənin müvafiq anbarlarına təhvil verilməsini təşkil edir;

  • Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirləri görür;

  • Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir;

  • Daxili və xarici tədarükçülərin seçimi və qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə tədarük edilən məhsul və xidmətlərin vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması;

  • Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması;

  • Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

  • Yerli bazarın monitorinqini aparmaq; bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

  • İstehsalçı fabrikalardan qiymətlərin alınması, müqayisəsinin çıxarılması; istehsalçı fabrika ilə müqavilələrin bağlanması.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).

  • Yaş aralığı: 28-40 yaş;

  • İş təcrübəsi: müvafiq sahədə minimum 3 il;

  • Kompüter biliyi: MS Office proqramları, 1C 8.3;

  • Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;

  • İstirahət: Şənbə və bazar günü;

  • İş yeri: Luxen Plaza.

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı;

  • Şəhərin mərkəzində ofis;

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13329

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya