Satış təmsilçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
Şirkətin satış siyasətinə və hədəflərinə uyğun fəaliyyət göstərmək;
Müasir satış taktikalarını tətbiq etmək;
Sifarişlərin qəbul edilməsini həyata keçirmək;
Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək;
Cavabdeh olduğu ərazilərdə satışın həyata keçirilməsi;
Borc və ödənişlərə nəzarət etmək;
Müştəri istəklərinin və tələblərinin toplanması, daxili komanda ilə müzakirəsi;
Müəssisənin kompaniyaları və məhsulları barədə müştəriləri məlumatlandırmaq;
Satışdan sonrakı proseslərə nəzarət etməklə müştəri xidmətlərinə nəzarət etmək;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: Minumum 2-3 il (Tikinti materialları sahəsindən biliyi olanlara üstünlük verilir);
Kompüter biliyi: MS Office proqramları;
Dillər: Azərbaycan dili (Rus dili biliyi arzuolunandır);
Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
Effektiv kommunikasiya və təqdimat bacarığı;
Komandada işləmək bacarığı;
Şəxsi avtomobilin olması.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış iş günü);
Korporativ nömrə;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Şəhərin mərkəzində ofis;
Bonus sistemi;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13332
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000