Tender üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 29 aprel 2026

Təsvir

  • Dövlət və özəl qurumlar tərəfindən elan edilən tenderlərin, kotirovka sorğularının və satınalma müsabiqələrinin gündəlik əsasda monitorinqinin aparılması

  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərin seçilməsi və ilkin təhlilinin edilməsi

  • Tender sənədlərinin (texniki tapşırıq, ixtisas göstəriciləri, müqavilə şərtləri və s.) ətraflı şəkildə öyrənilməsi və qiymətləndirilməsi

  • Tenderdə iştirak üçün tələb olunan bütün sənədlərin (hüquqi, maliyyə, texniki, kommersiya) hazırlanması, toplanması və sistemləşdirilməsi

  • Müvafiq struktur bölmələrindən (istehsalat, maliyyə, hüquq, logistika və s.) lazımi məlumatların toplanması və koordinasiyanın təmin edilməsi

  • Tender təkliflərinin texniki və kommersiya hissələrinin hazırlanmasında aktiv iştirak

  • Qiymət təkliflərinin formalaşdırılmasında maliyyə və kommersiya hesablamalarının aparılması

  • Elektron satınalma portallarında (etender.gov.az və digər platformalar) qeydiyyat, sənədlərin yüklənməsi və prosesin düzgün icrasına nəzarət

  • Tender təkliflərinin müəyyən olunmuş vaxt çərçivəsində və tələblərə uyğun şəkildə təqdim olunmasının təmin edilməsi

  • Tender prosedurları zamanı sifarişçi qurumlarla yazışmaların və rəsmi əlaqələrin aparılması

  • Tender nəticələrinin izlənilməsi, qalibiyyət və ya imtina səbəblərinin təhlil edilməsi

  • Qazanılmış tenderlər üzrə müqavilə mərhələsinə keçid zamanı aidiyyəti şöbələrə məlumat və sənədlərin ötürülməsi

  • Tender fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

  • Tender qanunvericiliyi və satınalma qaydalarında baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi

  • Şirkətin tender fəaliyyətinin effektivliyinin artırılması üçün təkliflərin verilməsi

Tələblər

  • Təhsil: Ali

  • İş təcrübəsi: min 3-5 il

  • Kompüter biliyi: Microsoft Office , Outlook

İş şəraiti:

  • 5günlük

  • İstirahət şənbə və bazar günü

  • Ünvan: Xətai (Luxen Plaza)

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

  • Şəhərin mərkəzində ofis

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12949

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri

Tam Ştat

PR strategiyasının hazırlanması və idarə olunması: Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq. PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək. Şirkətin imicinin qorunması və möhkəmləndirilməsi üçün fəaliyyətlər həyata keçirmək. Media ilə əməkdaşlıq: Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək. Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək. Şirkətlə bağlı medianın dərc etdiyi xəbərlərin monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək. Kommunikasiya və daxili PR: Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını inkişaf etdirmək. Korporativ tədbirlərin təşkil edilməsi və əməkdaşların şirkətlə bağlı məlumatlılığının artırılması üçün təşəbbüslər həyata keçirmək. Kampaniyaların idarə olunması: Şirkət məhsulları və xidmətləri üçün ictimaiyyətlə əlaqələr kampaniyalarını idarə etmək. Sosial məsuliyyət layihələrinə rəhbərlik etmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək. Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək. Krizis idarəçiliyi: Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və aradan qaldırmaq. Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyasını təmin etmək. Araşdırma və analitik fəaliyyət: PR kampaniyalarının təsirini ölçmək üçün müvafiq göstəriciləri təhlil etmək. Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq. Komanda idarəçiliyi: PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq. Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək