Ana Səhifə
Vakansiyalar

İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri

İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 8 aprel 2026

Təsvir

PR strategiyasının hazırlanması və idarə olunması:

  1. Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq.

  2. PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək.

  3. Şirkətin imicinin qorunması və möhkəmləndirilməsi üçün fəaliyyətlər həyata keçirmək.

Media ilə əməkdaşlıq:

  1. Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək.

  2. Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək.

  3. Şirkətlə bağlı medianın dərc etdiyi xəbərlərin monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək.

Kommunikasiya və daxili PR:

  1. Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını inkişaf etdirmək.

  2. Korporativ tədbirlərin təşkil edilməsi və əməkdaşların şirkətlə bağlı məlumatlılığının artırılması üçün təşəbbüslər həyata keçirmək.

Kampaniyaların idarə olunması:

  1. Şirkət məhsulları və xidmətləri üçün ictimaiyyətlə əlaqələr kampaniyalarını idarə etmək.

  2. Sosial məsuliyyət layihələrinə rəhbərlik etmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək.

  3. Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək.

Krizis idarəçiliyi:

  1. Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və aradan qaldırmaq.

  2. Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyasını təmin etmək.

Araşdırma və analitik fəaliyyət:

  1. PR kampaniyalarının təsirini ölçmək üçün müvafiq göstəriciləri təhlil etmək.

  2. Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq.

Komanda idarəçiliyi:

  1. PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq.

Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək

Tələblər

Təhsil və təcrübə:

  • Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil.)

  • İş təcrübəsi: 5+ il PR və kommunikasiya sahəsində iş təcrübəsi. Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi

  • Kompüter biliyi: Microsoft Office , Outlook

Texniki bacarıqlar:

  • PR alətləri və texnologiyaları üzrə bilik.

  • Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə.

  • Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə.

Şəxsi keyfiyyətlər:

  • Güclü liderlik və idarəetmə bacarığı.

  • Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).

  • Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.

  • Strateji və analitik düşüncə tərzi.

Dil bilikləri:

  • Azərbaycan dili (ana dili).

  • İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).

İş şəraiti:

  • 5günlük

  • İstirahət şənbə və bazar günü

  • Ünvan: Xətai (Luxen Plaza)

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

  • Şəhərin mərkəzində ofis

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12648

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Direktor assistenti

Tam Ştat

Zəruri sənədlərin hazırlanmasını həyata keçirir; İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir; Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək; İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirmək, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim etmək və icra nəticəsi barədə onlardan məlumatları istəmək; Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edir; Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir; Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir; Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır; Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir; Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır;

Zavod direktoru

Tam Ştat

Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi; Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi; Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması; Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi; Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi; İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi; Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi; Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi; Satınalma ile kordinasiyalı formada ishlemek; Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi; Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi; Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək; İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək. Zavodun ümumi fəaliyyətinə rəhbərlik edir. Struktur bölmələrin (istehsal sahələri, şöbələr, laboratoriyalar və s.) işini əlaqələndirir. İş proseslərinin düzgün planlaşdırılmasını və resursların səmərəli istifadəsini təmin edir. Kadrların işinin təşkili, motivasiyası və intizamının qorunmasına nəzarət edir. İstehsal planlarının hazırlanması və icrasına rəhbərlik edir. Məhsulun keyfiyyətinə, istehsalın həcminə və xərclərinə nəzarət edir. İstehsal proseslərinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqini təşviq edir. Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ekoloji tələblərə əməl olunmasına cavabdehdir. Zavodun büdcəsini, xərclərini və gəlirlərini idarə edir. Rentabelliyin artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün tədbirlər görür. Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünə nəzarət edi Zavodun uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Yeni məhsul növlərinin və bazarların araşdırılmasını təmin edir. Rəqabətqabiliyyətliliyin artırılması üçün innovativ həlləri tətbiq edir. Tədarükçülər, müştərilər, tərəfdaşlar və dövlət orqanları ilə işgüzar əlaqələr yaradır və saxlayır. Müqavilələrin bağlanmasına və icrasına nəzarət edir. Zavodu müxtəlif iclas, sərgi və forumlarda təmsil edir. Zavodun fəaliyyətinin qanunvericiliyə uyğun aparılmasını təmin edir. İşçilərin hüquq və vəzifələrinin qorunmasına nəzarət edir. İstehsalatda baş verən hadisələrə və nəticələrə görə məsuliyyət daşıyır.

Prosesə və keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tam Ştat

İstehsal müəssisəsində bütün istehsal proseslərinin təsdiq edilmiş prosedurlara və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət etmək; İstehsal prosesinin bütün mərhələlərində texnoloji intizamın qorunmasına nəzarət etmək; ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının istehsal müəssisəsində tətbiqinə riayət olunmasını təmin etmək; Uyğunsuz materialların istehsalda istifadəsinin qarşısını almaq və bu barədə aidiyyəti şöbələri məlumatlandırmaq; Proses zamanı məhsul keyfiyyətinə təsir edən göstəricilərin izlənilməsini təmin etmək; Avadanlıqlarda daxili prosedurlara əsasən vaxtında düzgün təmir-baxım işlərinin aparılması, bununla bağlı qeydiyyatın aparılması işlərinə nəzarət etmək; Qablaşdırılmış hazır məhsulun texniki tələblərə və keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlamaq; Uyğunsuz hazır məhsulların ayrılmasını, işarələnməsini və qeydə alınmasını təmin etmək; Hazır məhsulun anbara daşınmasını və saxlanma şəraitinin tələblərə uyğunluğunu yoxlamaq; Nəqliyyat vasitələriə yükləmə zamanı məhsulun zədələnməsinə, düzgün yerləşdirilməsinə və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, düzəldici və önləyici tədbirlərin hazırlanmasında və icrasında iştirak etmək; Keyfiyyətə nəzarət üzrə zəruri qeydləri aparmaq, gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq; Görülmüş işlər, aşkar edilmiş risklər və uyğunsuzluqlar barədə Keyfiyyətin idarə olunması şöbəsinə mütəmadi hesabat vermək; Tələb olunduqda zəruri prosedur, form və çek-listlər hazırlayıb istehsal müəssisəsində istifadə olunmasını təmin etmək; İstehsal sahəsində keyfiyyətin davamlı yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.