Prosesə və keyfiyyətə nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 30 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
İstehsal müəssisəsində bütün istehsal proseslərinin təsdiq edilmiş prosedurlara və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət etmək;
İstehsal prosesinin bütün mərhələlərində texnoloji intizamın qorunmasına nəzarət etmək;
ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının istehsal müəssisəsində tətbiqinə riayət olunmasını təmin etmək;
Uyğunsuz materialların istehsalda istifadəsinin qarşısını almaq və bu barədə aidiyyəti şöbələri məlumatlandırmaq;
Proses zamanı məhsul keyfiyyətinə təsir edən göstəricilərin izlənilməsini təmin etmək;
Avadanlıqlarda daxili prosedurlara əsasən vaxtında düzgün təmir-baxım işlərinin aparılması, bununla bağlı qeydiyyatın aparılması işlərinə nəzarət etmək;
Qablaşdırılmış hazır məhsulun texniki tələblərə və keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlamaq;
Uyğunsuz hazır məhsulların ayrılmasını, işarələnməsini və qeydə alınmasını təmin etmək;
Hazır məhsulun anbara daşınmasını və saxlanma şəraitinin tələblərə uyğunluğunu yoxlamaq;
Nəqliyyat vasitələriə yükləmə zamanı məhsulun zədələnməsinə, düzgün yerləşdirilməsinə və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, düzəldici və önləyici tədbirlərin hazırlanmasında və icrasında iştirak etmək;
Keyfiyyətə nəzarət üzrə zəruri qeydləri aparmaq, gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq;
Görülmüş işlər, aşkar edilmiş risklər və uyğunsuzluqlar barədə Keyfiyyətin idarə olunması şöbəsinə mütəmadi hesabat vermək;
Tələb olunduqda zəruri prosedur, form və çek-listlər hazırlayıb istehsal müəssisəsində istifadə olunmasını təmin etmək;
İstehsal sahəsində keyfiyyətin davamlı yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.
Tələblər
Texniki ixtisas üzrə ali təhsil (magistr arzuolunandır);
Keyfiyyət sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərini bilməsi;
MS Office, MS Excell, Outlook, Visio proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı;
Təlimlər/sertifikatlar: ISO 9001, ISO 14001, ISO 45001
Ölkədaxili və ölkəxarici ezamiyyət imkanları.
İş şəraiti:
İş qrafiki: 5 gün ;
Ünvan: "Avanqard" MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12131
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000