Ana Səhifə
Vakansiyalar
Dizayn və Memarlıq
Qrafik Dizayner

Mühəndis-Konstruktor (Haciqabul rayonu)

Mühəndis-Konstruktor (Haciqabul rayonu)

Bakı

Tam Ştat

Orta Səviyyə

1.300 - 1.500 AZN

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 1 aprel 2026

Təsvir

  • Maşınqayırma sahəsində avadanlıqların və hissələrinin Autocad proqramı və Solidworks üzərindən proyektini hazırlamaq;

  • Tabeliyində olan mütəxəssislərin eskizə uyğun detalları, hissələri hazırlamasına nəzarət etmək;

  • Avadanlıq və konstruksiyaların layihəyə uyğun smetasını hazırlamaq;

  • İşçilik və material sərfini lazımi strukturlara təqdim etmək;

  • Hazırlanmış layihənin 1C proqramı üzərindən spesifikasiyasını yazmaq;

  • Maşınqayırma sahəsinə aid layihələndirmənin sistemləri və metodları ilə işləyə bilmək;

  • Maşınqayırma sahəsinə aid cizgilərin və digər konstruktor sənədlərinin hazırlanması və tərtibatı üçün standartları, metodikləri və təlimatları bilmək;

  • Maşınqayırma və mexaniki emal əsaslarını mükəmməl bilməli, avadanlıqların detalların və hissələrin cizgilərin işləyərkən tətbiq edilməsini bacarmaq;

  • Sxemin hazırlanması, ümumi komponovkanı və müxtəlif konstruksiya hissələrinin teoretik yığımı, prinsipial sxemə və eskiz layihəyə əsasən, işçi layihənin yoxlanılması və cizgilərin ixtisasına və profelinə görə nəzarət etmək, mürəkəb detalların naturadan eskizin çəkmək və hissələrə ayırmaq;

  • Montaj, sazlama, sınaq zamanı iştirak etmək və məhsulu, hissələri, sistem və yeni modernləşdirilmiş konstruksiyaların detallarını istismara təhvil vermək, hazırlanmış məhsulların və elementlərinin unifikasiyası, standart və sertifikatların hazırlanmasın həyata keçirmək;

  • Kənar təşkilatlardan gələn eskizlər və layihələrlə tanış olmaq və analiz etmək;

  • Mexanika bölməsinin tələb olunan texniki sənədləşmələrini və ofis poqramlarında işləməsini bacarmaq.

Tələblər

  • Təhsil: Ali;

  • İş təcrübəsi: 3 ildən çox;

  • Kompüter bilikləri: MS Office, 1C, Tekla və SAP 2000 proqramları;

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;

Şəxsi keyfiyyətlər

  • Ünsiyyət yaratma;

  • İşə planlı yanaşma;

  • Problem həll etmə;

  • Çeviklik;

  • Fikrini izah etmə;

  • Komanda ilə işləmək;

  • Detallara diqqətli yanaşma.

  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;

  • İnşaat norma və qaydalarına yüksək səviyyədə bələdlik.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;

  • İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);

  • İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC);

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

  • Nahar təmin edilir;

  • Servis təmin edilir;

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12130

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Prosesə və keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tam Ştat

İstehsal müəssisəsində bütün istehsal proseslərinin təsdiq edilmiş prosedurlara və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət etmək; İstehsal prosesinin bütün mərhələlərində texnoloji intizamın qorunmasına nəzarət etmək; ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının istehsal müəssisəsində tətbiqinə riayət olunmasını təmin etmək; Uyğunsuz materialların istehsalda istifadəsinin qarşısını almaq və bu barədə aidiyyəti şöbələri məlumatlandırmaq; Proses zamanı məhsul keyfiyyətinə təsir edən göstəricilərin izlənilməsini təmin etmək; Avadanlıqlarda daxili prosedurlara əsasən vaxtında düzgün təmir-baxım işlərinin aparılması, bununla bağlı qeydiyyatın aparılması işlərinə nəzarət etmək; Qablaşdırılmış hazır məhsulun texniki tələblərə və keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlamaq; Uyğunsuz hazır məhsulların ayrılmasını, işarələnməsini və qeydə alınmasını təmin etmək; Hazır məhsulun anbara daşınmasını və saxlanma şəraitinin tələblərə uyğunluğunu yoxlamaq; Nəqliyyat vasitələriə yükləmə zamanı məhsulun zədələnməsinə, düzgün yerləşdirilməsinə və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, düzəldici və önləyici tədbirlərin hazırlanmasında və icrasında iştirak etmək; Keyfiyyətə nəzarət üzrə zəruri qeydləri aparmaq, gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq; Görülmüş işlər, aşkar edilmiş risklər və uyğunsuzluqlar barədə Keyfiyyətin idarə olunması şöbəsinə mütəmadi hesabat vermək; Tələb olunduqda zəruri prosedur, form və çek-listlər hazırlayıb istehsal müəssisəsində istifadə olunmasını təmin etmək; İstehsal sahəsində keyfiyyətin davamlı yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.