Anbardar
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Mal- materialın anbara qəbulunu, saxlanılmasını və oradan təhvil verilməsini təmin etmək.
Anbara daxil olan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq, həmçinin sağlamlığına, qablaşdırmasına diqqət yetirmək.
Mal- materialın anbarda müvafiq yerlərə avadanlıqlar vasitələri ilə düzgün yerləşdirilməsinə nəzarət etmək.
Yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasını tələb etmək.
Zəruri hallarda - mal-materialın sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmamazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malların xarab olması hallarında rəhbərliyə məlumat vermək.
Mal -materialın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək.
Digər anbarlara və yaxud istifadəyə veriləcək malların sənədlərini yoxlamaq və təhvil-təslim sənədlərini rəsmiləşdirmək.
Mal-materialın qəbulu və istifadəyə təhvili üzrə məlumatları proqram təminatındakı məlumat bazasına əlavə etmək.
Anbarda olan malların dövriyyəsini müvafiq hesabatlarda göstərmək, nəzarət etmək.
Tələblər
Təhsil: Ali və ya orta təhsil.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
MC Office, 1C proqram biliyi.
Bəy namizədlərə üstünlük veriləcək.
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Karyera yüksəlişi imkanı;
Qidalanma təmin edilir
Nəqliyyat şirkət tərəfindən təmin edilir
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12947
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000