Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Digər satış işləri

Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi

Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

  • Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;

  • Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 3 ildən yuxarı təcrübə;

  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;

  • Kompyuter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit;

  • BİM layihələrində iştirakı arzuolunandır;

  • Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;

  • Hesabat hazırlama və analiz etmə bacarığı;

  • Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması;

  • Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;

  • 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;

  • Elektrik yükünün hesablanması;

  • Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;

  • Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;

  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;

İş barədə məlumat:

  • İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün;

  • Əmək haqqı: 1000 AZN.

  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

CV-ləri uyğun ixtisas başlığı ilə göstərilən e-mail ünvanına göndərin.Xahiş olunur ki,yalnız uyğun namizədlər müraciət etsin.

Necə Müraciət Etmək Olar

Bakı Dövlət Layihə İnsitutu

Bakı Dövlət Layihə İnsitutu

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12509

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə