Daxili Təchizat üzrə Kiçik Mütəxəssis (Junior Internal Procurement Specialist)
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifənin məqsədi:
Şirkətin daxili ehtiyaclarının vaxtında, effektiv və büdcəyə uyğun şəkildə təmin olunması, satınalma proseslərinin operativ icrasında dəstək göstərilməsi.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin daxili şöbələrindən daxil olan satınalma tələblərini qəbul etmək və sistemləşdirmək
Təchizatçılardan*)* qiymət təkliflərinin toplanması
Qiymətlərin müqayisəli təhlilinin aparılmasında iştirak etmək
Seçilmiş təchizatçılarla ilkin kommunikasiya və sifarişlərin yerləşdirilməsi
Satınalma sifarişlərininhazırlanmasına və izlənilməsinə dəstək olmaq
Malların və xidmətlərin vaxtında çatdırılmasına nəzarət etmək
Təchizat prosesinə dair sənədləşmə və arxivləşməni düzgün şəkildə aparmaq
Mövcud təchizatçı bazasının yenilənməsi və genişləndirilməsində iştirak etmək
Daxili prosedur və satınalma siyasətlərinə uyğun fəaliyyət göstərmək
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
Təhsil:
Biznes idarəçiliyi, logistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
İş təcrübəsi:
Müvafiq sahədə minimum 0–1 il təcrübə
Bilik və bacarıqlar:
MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel)
Analitik düşünmə və detallara diqqət
Ünsiyyət və danışıqlar aparmaq bacarığı
Komanda ilə işləmə bacarığı
Vaxtın effektiv idarə olunması
Dil bilikləri:
Azərbaycan dili – əla
Rus və ya İngilis dili – üstünlükdür
Şəxsi keyfiyyətlər:
Məsuliyyətlilik və operativlik
Dəqiqlik və nizam-intizam
Öyrənməyə açıq olmaq
Stressə davamlılıq
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13095
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə