Satınalma üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçıların tapılması;
İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
Tədarükçü şirkətlərin qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparılması;
Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülərin tapılması;
Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
Tələblər
Təhsil: Ali (bakalavr);
Kompüter biliyi: MS Office (Word, Excel);
Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
Satınalma sənədlərini hazırlama qabiliyyəti;
Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Şəhərin mərkəzində ofis;
Bonus sistemi;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13328
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000