Şirkətlərə Qayıt
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

Bakı

51-200 işçi

Veb Səhifəyə Keç

15

Açıq Vakansiyalar

Haqqında

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır.

Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Bütün Vakansiyalar

15 iş elanı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Baş Layihə Meneceri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Menecer

Layihə menecerləri ilə sıx əməkdaşlıq və koordinasiya çərçivəsində sahə üzrə layihələrin effektiv idarə olunmasının təmin edilməsi; Təşkilatın strateji hədəflərinə uyğun olaraq layihə portfelinin formalaşdırılması, prioritetləndirilməsi və icrasını təmin edilməsi; Layihə menecerləri ilə birlikdə layihə planlarının (məqsədlər, vaxt qrafikləri, büdcə) hazırlanmasına nəzarət və uyğunluğun təmin edilməsi; İstiqamət üzrə layihələrin icra vəziyyətinin mütəmadi monitorinqi və ümumi performansın qiymətləndirilməsi; Layihə menecerləri tərəfindən idarə olunan layihələrdə əhatə dairəsi (scope), dəyişikliklər və resursların effektiv idarə olunmasına nəzarət olunması; Resursların layihələr arasında optimal bölgüsünü təmin etmək və prioritetlərə uyğun şəkildə yönləndirilməsi; Layihə menecerlərinə tapşırıqların icrası və irəliləyişin izlənilməsi üzrə dəstək göstərilməsi və koordinasiyanın təmin edilməsi; Maraqlı tərəflərlə portfel səviyyəsində kommunikasiya qurmaq, konsolidə olunmuş hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İstiqamət üzrə risklərin və problemlərin müəyyən edilməsi, layihə menecerləri ilə birlikdə onların azaldılması üçün tədbirlərin görülməsi; Bütün layihələrin vaxtında, müəyyən edilmiş əhatə dairəsində və büdcə daxilində icrasına nəzarət və ümumi uyğunluğun təmin edilməsi; İstiqamət üzrə sənədləşmənin standartlaşdırılması və layihə menecerləri tərəfindən hazırlanmış sənədlərin keyfiyyətinə nəzarət; Layihələr tamamlandıqdan sonra ümumi portfel səviyyəsində qiymətləndirmələrin aparılması, əldə olunan nəticələrin təhlili və “lessons learned” yanaşmasının tətbiqi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Menecer

Qurum əməkdaşlarından telefon, e-poçt və ITSM tapşırıq sistemi (ServiceNow və ya digər) vasitəsilə daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi; Birinci səviyyədə (L1) həll olunmayan insidentlərə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi; SLA müddətlərinə riayət olunmasının təmin olunması və insidentlərin vaxtında bağlanmasına nəzarət edilməsi; Həll edilməyən nasazlıqların prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi; Personal kompüterlərə, printerlərə, skanerlərə və digər ofis avadanlıqlarına texniki dəstəyin göstərilməsi; Avadanlıqların quraşdırılması, əməliyyat sistemlərinin, drayverlərin və tələb olunan proqramların yazılmasının həyata keçirilməsi; Ofis avadanlıqlarında baş verən nasazlıqların yerində diaqnostikasının və bərpasının aparılması; Yeni iş yerlərinin infrastruktur baxımından hazırlanması və mövcud iş yerlərinin köçürülməsi işlərinin icra edilməsi; Planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi; Daxili və internet şəbəkəsində yaranan problemlərin ilkin diaqnostikasının aparılması (IP konfiqurasiyası, DNS, DHCP, şəbəkə bağlantısı problemləri); VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi; İstifadəçi hesablarının idarə edilməsinin həyata keçirilməsi (Active Directory, MFA, hüquqların verilməsi/geri alınması); İşdən çıxan əməkdaşların hesablarının deaktivasiya prosesinə uyğun olaraq bağlanması; Qurum daxilində məlumat təhlükəsizliyi siyasətlərinə riayət olunmasına nəzarət edilməsi; Ofis avadanlıqlarının inventarlaşma prosesində iştirak edilməsi; CMDB / asset management sistemində avadanlıq məlumatlarının daxil edilməsi və yenilənməsi; Avadanlıqların və hissələrin akt əsasında anbara təhvil-təslim edilməsi; Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması; Həll edilmiş insidentlər üzrə həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi; Texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması; Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanması; Təkrarlanan problemlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi; Əməkdaşlara əsas ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi; Yeni işə başlayan əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi; Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnzibati işlər üzrə elektrik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Orta Səviyyə

Elektrik infrastrukturunu və elektrik sayğacına nəzarətdə saxlaması, Daxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı, təmiri və diaqnostikasını həyata keçirməsi, Agentliyin balansında olan ərazilərdə  işıqlandırmanın və elektrik şəbəkəsinin işlək vəziyyətdə olmasına gündəlik nəzarət etməsi və yaranmış nasazlıqları aradan qaldırmaq üçün tədbirlər planı hazırlaması, Havalandırma və kondensioner sistemlərinə nəzarət etməsi və yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməsi, Ümumi elektrik şəbəkəsində yanğın təhlükəsizliyi və görülən bütün işlər zamanı təhlükəsizlik qaydalarına riayət etməsi, Elektriklə işləyən avadanlıqlara nəzarət, onların daim saz vəziyyətdə olmasının təmini və ehtiyac olduğu təqdirdə onları təmirini  həyata keçirməsi, Generatorun daim saz vəziyyətdə olmasına nəzarət etməsi və prosedura uyğun olaraq generatorun test rejimində işlə salınması, həmçinin yanacaq səviyyəsinin qorunmasını təmin etməsi, Anbarda ehtiyyat elektrik mallarının olmasına nəzarət etməsi və ehtiyac olduğu təqdirdə sifariş olunmasını üçün tədbirləri həyata keçirməsi, Liftlərin və turniketlərin təhlükəsiz işləməsinə nəzarət etməsi prosedura uyğun təmir işlərin görülməsini və aylıq texniki baxışın həyata keçirilməsini təşkil edilməsi, Bölmənin fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirməsi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Sosial media üzrə mütəxəssis

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Orta Səviyyə

Qurumun sosial media kanallarından (Facebook, Instagram və digər platformalar) gələn müştəri mesajlarına vaxtında və düzgün cavab vermək, müştəri suallarını cavablandırmaq və əlaqələri gücləndirmək; Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq; mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək; İstifadəçilərin rəqəmsal giriş vasitəsilə (üz tanıma) qeydiyyatını qəbul etmək və bu prosesin düzgün həyata keçirilməsini təmin etmək; Dövlət qurumlarından ESD (Elektron Hökumət Xidməti) vasitəsilə daxil olan müraciətləri qəbul etmək, düzgün cavab vermək və ya lazımi yönləndirmələri etmək; Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi; Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək; Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək; Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq; Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq; Müraciət əsnasında müvafiq məlumatları düzgün şəkildə qeyd edərək, müştəri məlumatlarını sistemə daxil etmək və izləmək; Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək; Rəhbərliyin təqdim etdiyi digər tapşırıqlar.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Sistem inzibatçısı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Orta Səviyyə

Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin edilməsi; Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest sistemlərinin idarəsinin həyata keçirilməsi; Azintelekom bulud sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması; Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin edilməsi; Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm rezerv olunmasının təmin edilməsi; Serverlərdə baş verən texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Server və xidmətlərin monitorinqinin və loqlamasının aparılması; Dev/Test/Prod mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi; Ənənəvi proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi; İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Kopirayter

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Orta Səviyyə

Konsept və Layihə Yaradılması: İDDA-nın rəqəmsal platformaları üçün ehtiyaclara və briflərə uyğun innovativ konseptlər və layihə ideyaları hazırlamaq; Məzmunun Hazırlanması: Veb-sayt mətni (mobil tətbiq mətnləri daxil olmaqla), sosial media paylaşımları, reklam mətnləri (Google Search, Meta Ads və s.), e-poçt marketinqi və digər rəqəmsal platformalar üçün cəlbedici yazılı məzmunlar hazırlamaq; Video Ssenariləri: TikTok və Instagram kanalları üçün qısa, rəqəmsal yönümlü video ssenarilər yazmaq; Komanda ilə Əməkdaşlıq: Yazılı məzmunun ümumi rəqəmsal marketinq kampaniyalarına qüsursuz inteqrasiyası üçün Rəqəmsal Marketinq komandası ilə birlikdə çalışmaq; Brend Uyğunluğu: İDDA-nın brend qaydalarına sadiq qalaraq, bütün rəqəmsal məzmunlarda mesajın, tonun və brend səsində (brand voice) ardıcıllığı təmin etmək; SEO Optimizasiyası: Görünürlüğü və axtarış motoru sıralamasını artırmaq üçün yazılı məzmunda SEO-nun ən yaxşı təcrübələrini tətbiq etmək; Analitika və Strategiya: Auditoriyanın cəlb edilməsini (engagement) optimallaşdırmaq məqsədilə data və analitik göstəricilər əsasında məzmun strategiyalarını uyğunlaşdırmaq; İstehsalat Prosesi: Yazılı məzmunun ümumi marketinq hədəfləri ilə uyğunlaşdırılması üçün Rəqəmsal Marketinq və Prodakşn komandaları ilə (daxili və ya 3-cü tərəf tərəfdaşlar) sıx əməkdaşlıq etmək; İnnovativ Kopiraytinq: Kopiraytinqə innovativ yanaşmalar gətirərək məzmunun hər zaman təzə, aktual və təsirli qalmasını təmin etmək; Adaptasiya: Yazı üslubunu və tonunu müxtəlif rəqəmsal platformalara və hədəf kütlələrinə uyğunlaşdırmaq; Məzmun Paylanması: Yazılı məzmunun rəqəmsal kanallarda effektiv şəkildə çatdırılmasını təmin etmək üçün məzmun paylama strategiyalarında iştirak etmək; Trendlərin İzlənməsi: Məzmun keyfiyyətini və təsirini daim artırmaq üçün sənaye trendlərini və yeni yaranan məzmun formatlarını yaxından izləmək.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Baş Layihə rəhbəri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Orta Səviyyə

Rəqəmsallaşma layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən görüşlərdə iştirak edilməsi; Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması; Rəqəmsal inkişaf üzrə layihələrin həyata keçirilməsinin və əlaqələndirmənin təşkil olunması; Maraqlı tərəflər arasında əlaqələndirmənin və rəqəmsal inkişafın əsas mərhələləri üzrə koordinasiyanın həyata keçirilməsi; Ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının hazırlanmasında iştirak edilməsi (dövlət qurumlarının informasiya təhlükəsizliyinə münasibətdə fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla), onların icrasının əlaqələndirilməsi, habelə bu sahədə ölkə səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak edilməsi və aidiyyəti qurumlarla birlikdə ölkənin rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərilməsi; Ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının idarə olunmasında iştirak edilməsi, icra prosesinin izlənilməsi, inkişafı barədə mütəmadi olaraq ölkə rəhbərliyi üçün hesabatların hazırlanması, risklərin idarə edilməsi və digər fəaliyyət istiqamətlərində metodologiyanın hazırlanması; Dövlət qurumlarındakı rəqəmsal inkişaf üzrə müvafiq struktur bölmələrinin və ya məsul şəxslərin fəaliyyəti həmin qurumun rəqəmsal inkişaf işlərinin (təsdiq olunmuş yeni layihələr, standartlar və qaydaların icrası və texniki fəaliyyətlər) gedişatı barədə məlumatların alınması, irəliləyişin sinxronlaşdırılması və yaranan çağırışların aradan qaldırılması üçün mümkün maneələrin müəyyənləşdirilməsi; Rəqəmsal inkişaf üzrə qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası üçün rəqəmsal inkişafda iştirak edən bütün tərəflər arasında qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi, metodoloji yanaşmanın təmin edilməsi; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Baş Agile layihə meneceri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Tam Ştat
Menecer

Rəqəmsallaşma layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən görüşlərdə iştirak edilməsi; Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması; Rəqəmsal inkişaf üzrə layihələrin həyata keçirilməsinin və əlaqələndirmənin təşkil olunması; Maraqlı tərəflər arasında əlaqələndirmənin və rəqəmsal inkişafın əsas mərhələləri üzrə koordinasiyanın həyata keçirilməsi; Ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının hazırlanmasında iştirak edilməsi (dövlət qurumlarının informasiya təhlükəsizliyinə münasibətdə fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla), onların icrasının əlaqələndirilməsi, habelə bu sahədə ölkə səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak edilməsi və aidiyyəti qurumlarla birlikdə ölkənin rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərilməsi; Ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının idarə olunmasında iştirak edilməsi, icra prosesinin izlənilməsi, inkişafı barədə mütəmadi olaraq ölkə rəhbərliyi üçün hesabatların hazırlanması, risklərin idarə edilməsi və digər fəaliyyət istiqamətlərində metodologiyanın hazırlanması; Dövlət qurumlarındakı rəqəmsal inkişaf üzrə müvafiq struktur bölmələrinin və ya məsul şəxslərin fəaliyyəti həmin qurumun rəqəmsal inkişaf işlərinin (təsdiq olunmuş yeni layihələr, standartlar və qaydaların icrası və texniki fəaliyyətlər) gedişatı barədə məlumatların alınması, irəliləyişin sinxronlaşdırılması və yaranan çağırışların aradan qaldırılması üçün mümkün maneələrin müəyyənləşdirilməsi; Rəqəmsal inkişaf üzrə qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası üçün rəqəmsal inkişafda iştirak edən bütün tərəflər arasında qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi, metodoloji yanaşmanın təmin edilməsi; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi - İRİA iş elanları (IDDA iş elanları - İDDA vakansiyalar)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi qısa formada IDDA, həmçinin İRİA iş elanları / IRIA iş elanları axtarışlarında çıxan dövlət qurumudur və rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, innovasiya və İKT ekosisteminin inkişafı üzrə koordinasiya və icra funksiyaları daşıyır. 

IDDA iş elanlarıIDDA vakansiyaları adətən “rəqəmsal məhsul + dövlət xidməti + platforma miqyası” məntiqində rollar verir. Burada ən tipik iş axınları mygov, mygov ID, rəqəmsal sənəd dövriyyəsi, identifikasiya və inteqrasiya həlləri üzərində qurulur: mygov tətbiqinin yüklənmə sayının 2 milyon+ olması, rəqəmsal sənəd dövriyyəsində aylıq göndərilən sənəd sayının 2 milyon+ kimi göstərilməsi və digital.login istifadəçilərinin 4 milyon+ olması “scale” baxımından IDDA vakansiya elanlarını klassik ofis işindən fərqləndirir. 

Bu mühitdə KPI-lar çox ölçüləndir və IDDA iş elanı oxuyanda buna fokuslanmaq lazımdır: xidmətin end-to-end rəqəmsallaşması, istifadəçi axınının artması, xidmətə çıxışın sadələşməsi, uptime və incident göstəriciləri, release tempi, məlumat keyfiyyəti, proses müddətinin qısalması. mygov ID üçün rəsmi təsvir də bunu göstərir: mygov ID dövlət və özəl qurumların elektron xidmətlərinə vahid giriş verən rəqəmsal identifikasiya sistemidir. 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi iş elanları yalnız məhsul və platforma rolları deyil. Nazirliyin struktur təsvirində agentliyin innovasiya yönümlü tədqiqatları və innovativ layihələri  təşviq etməsi, müasir texnologiyaların əldə olunmasında dəstək göstərməsi, İKT sektorunda təhsil və karyera imkanlarının əlçatanlığını təmin etməsi kimi istiqamətlər vurğulanır. Bu, İRİA vakansiyaları içində biznes inkişafı, strateji layihələr, ekosistem və tərəfdaşlıq, qrant və proqram idarəetməsi, təlim proqramları və kommunikasiyalar kimi rolların da real olmasını izah edir. 

Ən praktik hissə: real bazar elanlarında IDDA iş elanları çoxşaxəlidir və təkcə IT deyil. Məsələn, müxtəlif karyera platformalarında eyni vaxtda bu tip mövqelər görünür: Senior Java Developer, Lead Data Scientist, Aparıcı layihə meneceri, Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə mütəxəssis, Əlaqə mərkəzi təmsilçisi, Qrafik dizayner, Head of Business Development & Strategic Projects Division, hətta Xidmətlərin rəqəmsallaşdırılması sahəsində könüllü kimi formatlar.  Bu nümunələrdən çıxan mesaj: IDDA işə qəbul həm yüksək texniki rolları  həm də xidmət dizaynı, layihə idarəetməsi və vətəndaşla təmas kanallarını  əhatə edir.

Eyni zamanda agentliyin kadr və ekosistem xətti də böyükdür: rəsmi göstəricilərdə 100+ layihə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini bitirən 380 məzun və təqaüd proqramlarından 10 000 məzun kimi rəqəmlər göstərilir.  Startap tərəfdə isə texnoparkdan kənar rezidentlik alan 140+ şirkət və dəstəklənən 750+ startap kimi indikatorlar qeyd olunur.  Bu kontekst IRIA careers / IDDA careers axtaranlar üçün iki paralel karyera xətti yaradır:  rəqəmsal hökumət platformalarında “product/engineering/data” xətti,  innovasiya-startap ekosistemində “program/partnership/growth” xətti.

İş mühitinin “soft” tərəfi də konkret çərçivələnir: rəsmi karyera mətnində dəyərlər kimi dürüstlük, sahiblənmə, data yönümlülük, nəticəyönümlülük və əməkdaşlıq vurğulanır.  Bu o deməkdir ki, IDDA vakansiyaları üçün CV və müsahibədə “mən nə etdim” deyil, “mən nəyi sahibləndim və nəticəni necə ölçdüm” formatı daha uyğundur.

Lokasiya və long-tail sorğular: həm rəsmi əlaqə məlumatlarında, həm də nazirlik struktur səhifəsində ünvan Bakı şəhəri, Atatürk prospekti 89 kimi verilir. Bu, Bakı IDDA iş elanlarıBakı İRİA iş elanları axtarışında lokasiya filtrini daha düzgün qurmağa kömək edir.  Rejim tərəfdən isə bəzi platformalarda remote filtrinin ayrıca görünməsi səbəbilə IDDA remote vakansiyalarıIDDA hibrid işə qəbul kimi long-tail axtarışları da saxlamaq olar, amma hər elanda rejimi ayrıca yoxlamaq lazımdır. 

Vakansiyalara müraciət üçün məsləhətlər

  • CV başlığında rol + domen + şirkət açar sözü ver: məsələn, IDDA iş elanları üçün Java Developer | Digital Government, İRİA vakansiyaları üçün Project Manager | Service Design kimi.

  • Nəticələri rəqəmlə yaz: release sayı, SLA/uptime, cavablanma vaxtı, istifadəçi artımı, proses müddətinin azalması; bu üslub IDDA işə qəbul üçün ən güclü filtrdir.

  • Elan terminlərini CV-yə təbii yerləşdir: service design, rəqəmsallaşdırma, məhsul metrikləri, data pipeline, incident management; uyğunluq IDDA vakansiya elanları ilə avtomatik artır. 

  • Texniki rollarda tool-stack-ı ayrıca blok et: backend üçün Java, mikroservis, API; data üçün ML, model deploy, ETL; bu, senior IDDA iş elanlarında sürətli seleksiya verir. 

  • Portfel və case əlavə et: 1 səhifəlik problem → həll → ölçülən nəticə; xüsusən IDDA careers xəttində nəticə hekayəsi kritikdir. 

  • Xidmət dizaynı və layihə rollarında deliverable-ları yaz: journey map, backlog, roadmap, risk register, stakeholder xəritəsi; bunlar İRİA iş elanları üçün real “iş izidir”. 

  • Müsahibəyə 3 metriksli nümunə apar: bir platforma stabilikası, bir istifadəçi təcrübəsi, bir proses optimizasiyası; bu, IRIA careers müsahibəsini “söz”dən “fakt”a çevirir.

  • Long-tail axtarışı geniş saxla: Bakı IDDA iş elanları, junior IDDA vakansiyaları, IDDA part-time iş elanı, IDDA remote vakansiyaları, IDDA hibrid işə qəbul.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi barədə tez-tez verilən suallar 

  1. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nə edir və IDDA vakansiyaları nəyi əhatə edir?
    Agentlik rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması, innovasiya və İKT ekosistemi üzrə fəaliyyət göstərir; IDDA vakansiyaları həm texniki, həm də proqram/layihə rollarını əhatə edir. 

  2. Daha çox hansı istiqamətlər üzrə IDDA iş elanları çıxır?
    Backend, data, layihə idarəetməsi, xidmət dizaynı, business development və contact center kimi istiqamətlərdə IDDA iş elanları real nümunələrlə görünür. 

  3. Bakı IDDA iş elanları üçün lokasiya haradır?
    Ünvan Bakı şəhəri, Atatürk prospekti 89 kimi göstərilir; bu, Bakı IDDA iş elanları axtarışında lokasiya filtrinə kömək edir. 

  4. mygov və mygov ID ilə işləyən rollar İRİA vakansiyalarında necə görünür?
    Adətən məhsul, engineering, data, service design və proses optimizasiyası rolları olur; mygov ID vahid giriş verən rəqəmsal identifikasiya sistemidir. İRİA vakansiyalarında bu, platforma miqyası olan iş deməkdir. 

  5. IDDA iş elanında hansı KPI-lar daha çox olur?
    Uptime, incident sayı, release tempi, istifadəçi məmnuniyyəti, proses müddətinin azalması kimi ölçülən KPI-lar IDDA iş elanı məntiqində ən real göstəricilərdir. 

  6. Junior namizəd üçün junior IDDA vakansiyaları varmı?
    Bəli, könüllü və başlanğıc səviyyəli formatlar görünə bilir; junior IDDA vakansiyaları üçün əsas şərt praktik layihə izi və ölçülən nəticədir. 

  7. IDDA remote vakansiyalarıIDDA hibrid işə qəbul realdırmı?
    Bəzi platformalarda remote filtrinin mövcudluğu görünür, amma rejim hər elanda ayrıca göstərilir; ona görə IDDA remote vakansiyaları üçün konkret elan detalını yoxlamaq lazımdır. 

  8. İRİA işə qəbul üçün hansı soft-skill-lər daha çox qiymətləndirilir?
    Sahiblənmə, data yönümlü qərarvermə, nəticəyönümlülük və əməkdaşlıq kimi dəyərlər rəsmi karyera mətnində vurğulanır; İRİA işə qəbulda bunu real case-lərlə göstərmək lazımdır. 

  9. Təlim və kadr proqramları IRIA careers xəttinə necə təsir edir?
    Kibertəhlükəsizlik və digər kadr təşəbbüsləri üzrə məzun göstəriciləri mövcuddur; bu, IRIA careers üçün karyera keçidlərini və ixtisaslaşmanı sürətləndirə bilər. 

  10. Yeni IDDA iş elanlarından necə xəbərdar olmaq olar?
    Rəsmi karyera bölməsini və müxtəlif karyera platformalarını paralel izləmək, axtarışı IDDA vakansiyaları + İRİA vakansiya elanları + Bakı IDDA iş elanları long-tail kombinasiyaları ilə genişləndirmək daha praktikdir. 

Nəticə olaraq, platforma miqyasında rəqəmsal transformasiya layihələrində işləmək istəyirsinizsə, mütəmadi yenilənən IDDA iş elanları və çoxşaxəli İRİA vakansiyaları karyera planınız üçün ən hədəfli seçimlərdən biridir.