Ana Səhifə
Vakansiyalar

İnnovasiya əməliyyatları üzrə mütəxəssis (Innovation Operations Specialist)

İnnovasiya əməliyyatları üzrə mütəxəssis (Innovation Operations Specialist)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

  • İnnovasiya proqramlarının vahid platforma üzrindən tətbiqi prosesində əməliyyat dəstəyinin göstərilməsi;

  • Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startapların iştirakı üçün güzəşt mexanizmlərinin tətbiqi prosesində iştirak etmək;

  • Açıq məlumatlar portalına məlumatların daxil edilməsi və yenilənməsi proseslərinin dəstəklənməsi;

  • Startap ekosisteminin inkişafı üçün İKT infrastrukturunun gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak;

  • Əməliyyat proseslərinin sənədləşdirilməsi, standartlaşdırılması və təkmilləşdirilməsi;

  • Daxili və xarici maraqlı tərəflərlə əlaqələndirmə işlərinin aparılması;

  • Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (İKT, biznes idarəetməsi, iqtisadiyyat və ya əlaqəli sahələrdə);

  • Sahə üzrə minimum 1 il iş stajı (əməliyyat, layihə koordinasiyası, İKT və ya əlaqəli sahədə);

  • Rəqəmsal platformalar və İKT alətləri ilə işləmə bacarığı;

  • Sənədləşdirmə, hesabat hazırlama və məlumat idarəetmə bacarıqları;

  • Komanda işi, ünsiyyət və təşəbbüskarlıq;

  • Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14047

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya