Monitorinq üzrə aparıcı mütəxəssis (Monitoring Leading Specialist)

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

  • İnnovasiya siyasəti sahəsində qəbul edilmiş normativ hüquqi aktların və strateji sənədlərin icrasının monitorinqi və qiymətləndirilməsi;

  • İnnovasiya, süni intellekt və İKT sahəsində elmi tədqiqatların artırılması və kommersiyalaşdırılması üzrə göstəricilərin izlənilməsi;

  • Qlobal İnnovasiya İndeksinin fəaliyyət planı irəli gələn bütün bəndlər üzrə icrasının monitorinqi və qiymətləndirilməsi;

  • Özəl sektorun İKT infrastruktur layihələrinə investisiya qoyuluşunun monitorinqi və təşviq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;

  • Proqram təminatı xərclərinin ÜDM-də payı və digər əsas performans göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması;

  • Fəaliyyət planlarının icra vəziyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Monitorinq metodologiyasının inkişaf etdirilməsi və məlumat toplama proseslərinin təkmilləşdirilməsi;

  • Struktur bölmələri ilə əməkdaşlıq edərək performans göstəricilərinin vaxtında və dəqiq toplanmasının təmin edilməsi;

  • Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, statistika, dövlət idarəetməsi, sosial elmlər və ya əlaqəli sahələrdə);

  • Sahə üzrə minimum 2 il iş stajı (monitorinq, qiymətləndirmə, analitika və ya əlaqəli sahədə);

  • Məlumatların toplanması, təhlili və vizuallaşdırılması bacarıqları;

  • MS Excel, Power BI və ya oxşar analitik alətlərdə təcrübə;

  • Dəqiqlik, diqqətlilik və nəticəyönümlü yanaşma;

  • Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14049

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya