İnvestisiya tərəfdaşlıqları üzrə aparıcı mütəxəssis (Investment Partnerships Leading Specialist)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Maliyyə texnologiyalarının təchizatçıları tərəfindən innovativ məhsul və xidmətlərin effektiv təqdim edilməsi üçün normativ hüquqi bazanın sadələşdirilməsi istiqamətində təkliflərin hazırlanması;
Qlobal İKT və yüksək texnologiya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamasının təşviqi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
Rəqəmsal məhsul və xidmətlərin ixracının artırılması məqsədilə beynəlxalq investisiya tərəfdaşlıqlarının qurulması;
Yerli və beynəlxalq vençur kapitalı fondları ilə əlaqələrin qurulması və investisiya imkanlarının araşdırılması;
İnvestisiya layihələri üzrə texniki-iqtisadi əsaslandırmaların və təqdimatların hazırlanması;
Tərəfdaşlıq müqavilələrinin hazırlanmasında və danışıqlar prosesində iştirak etmək;
İnvestisiya mühitinin yaxşılaşdırılması üzrə beynəlxalq təcrübənin araşdırılması və adapasiyası;
Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat, beynəlxalq münasibətlər, biznes idarəetməsi və ya əlaqəli sahələrdə);
Sahə üzrə minimum 2 il iş stajı (investisiya, maliyyə, tərəfdaşlıq inkişafı və ya əlaqəli sahədə);
Beynəlxalq investisiya prosesləri və vençur maliyyələşmə mexanizmləri haqqında biliklər;
Güclü ünsiyyət, danışıq və təqdimat bacarıqları;
Komanda işi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – sərbəst səviyyədə.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14048
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
51-200