İnnovasiya əməliyyatları üzrə layihə meneceri (Innovation Operation Manager)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startapların iştirakı ilə bağlı güzəşt mexanizmlərinin hazırlanması və tətbiqi prosesinin idarə edilməsi;
İnnovasiya əməliyyatları komandasının gündəlik fəaliyyətinin koordinasiyası və idarə edilməsi;
Ekosistemin inkişafı və dəstəyi istiqamətində əməliyyat proseslərinin optimallaşdırılması;
Startapların inkişafı üçün İKT infrastrukturunun gücləndirilməsi və istedad ehtiyatlarının yaradılması üzrə tədbirlərin həyata keçirilməsi;
Layihələrin icra müddətlərinin, resursların və keyfiyyətin monitorinqi və idarə edilməsi;
Komanda üzvlərinin performansının qiymətləndirilməsi və inkişafının dəstəklənməsi;
Rəhbərliyə əməliyyat fəaliyyəti üzrə mütəmadi hesabatların təqdim edilməsi.
Tələblər
Ali təhsil (biznes idarəetməsi, İKT, layihə idarəetməsi və ya əlaqəli sahələrdə; magistr dərəcəsinə üstünlük verilir);
Sahə üzrə minimum 3 il iş stajı (əməliyyat idarəetməsi, layihə idarəetməsi və ya əlaqəli sahədə);
Komanda idarəetməsi və liderlik bacarıqları;
Layihə idarəetmə metodologiyaları (Agile, PMI və ya oxşar) üzrə biliklər;
Analitik düşüncə, problem həlletmə və qərar qəbuletmə bacarıqları;
Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14046
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200