Baş Layihə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Rəqəmsallaşma layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən görüşlərdə iştirak edilməsi;
Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması;
Rəqəmsal inkişaf üzrə layihələrin həyata keçirilməsinin və əlaqələndirmənin təşkil olunması;
Maraqlı tərəflər arasında əlaqələndirmənin və rəqəmsal inkişafın əsas mərhələləri üzrə koordinasiyanın həyata keçirilməsi;
Ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının hazırlanmasında iştirak edilməsi (dövlət qurumlarının informasiya təhlükəsizliyinə münasibətdə fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla), onların icrasının əlaqələndirilməsi, habelə bu sahədə ölkə səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak edilməsi və aidiyyəti qurumlarla birlikdə ölkənin rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərilməsi;
Ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının idarə olunmasında iştirak edilməsi, icra prosesinin izlənilməsi, inkişafı barədə mütəmadi olaraq ölkə rəhbərliyi üçün hesabatların hazırlanması, risklərin idarə edilməsi və digər fəaliyyət istiqamətlərində metodologiyanın hazırlanması;
Dövlət qurumlarındakı rəqəmsal inkişaf üzrə müvafiq struktur bölmələrinin və ya məsul şəxslərin fəaliyyəti həmin qurumun rəqəmsal inkişaf işlərinin (təsdiq olunmuş yeni layihələr, standartlar və qaydaların icrası və texniki fəaliyyətlər) gedişatı barədə məlumatların alınması, irəliləyişin sinxronlaşdırılması və yaranan çağırışların aradan qaldırılması üçün mümkün maneələrin müəyyənləşdirilməsi;
Rəqəmsal inkişaf üzrə qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası üçün rəqəmsal inkişafda iştirak edən bütün tərəflər arasında qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi, metodoloji yanaşmanın təmin edilməsi;
Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak edilməsi.
Tələblər
ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr) – mütləq, strateji layihələrdə tətbiq təcrübəsi;
layihə idarəçiliyi sahəsində ən azı 5 il iş stajı, böyük və kompleks layihələrdə rəhbərlik və əlaqələndirmə bacarığı;
Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir;
Generativ süni intellekt alətləri ilə işləmə təcrübəsi, layihə rəhbərinin gördüyü işlərin avtomatlaşdırma təcrübəsi;
analitik düşüncə və problem həll etmə bacarığı – mürəkkəb problemləri strateji səviyyədə təhlil edib həll edə bilmək;
istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi – layihə komandalarına tərcümə etmə və prioritetləşdirmə bacarığı;
komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı – böyük və çoxsaylı komandaları idarə etmək, stəykholderlərlə müzakirələr aparmaq;
yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət və strateji qərarvermə qabiliyyəti – sürətli və dəqiq qərarlar qəbul etmək, layihə risklərini qiymətləndirmək;
dəyişikliklərə adaptasiya bacarığı – mürəkkəb dəyişikliklərə tez uyğunlaşmaq, prioritetləri yenidən təşkil etmək;
Azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və professional ünsiyyət səviyyəsində; Rus dili – üstünlük – strateji danışıqlar üçün zəruri;
güclü yazılı və şifahi ünsiyyət bacarığı – rəhbərlik və stəykholderlərlə effektiv kommunikasiya və müzakirə bacarığı;
Figma, Jira, Confluence, Miro və digər alətlərlə layihə idarəçiliyində peşəkar səviyyədə işləmək – kompleks layihələrin planlaşdırılması və icrası üçün.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12258
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200