Baş Layihə Meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Layihə menecerləri ilə sıx əməkdaşlıq və koordinasiya çərçivəsində sahə üzrə layihələrin effektiv idarə olunmasının təmin edilməsi;
Təşkilatın strateji hədəflərinə uyğun olaraq layihə portfelinin formalaşdırılması, prioritetləndirilməsi və icrasını təmin edilməsi;
Layihə menecerləri ilə birlikdə layihə planlarının (məqsədlər, vaxt qrafikləri, büdcə) hazırlanmasına nəzarət və uyğunluğun təmin edilməsi;
İstiqamət üzrə layihələrin icra vəziyyətinin mütəmadi monitorinqi və ümumi performansın qiymətləndirilməsi;
Layihə menecerləri tərəfindən idarə olunan layihələrdə əhatə dairəsi (scope), dəyişikliklər və resursların effektiv idarə olunmasına nəzarət olunması;
Resursların layihələr arasında optimal bölgüsünü təmin etmək və prioritetlərə uyğun şəkildə yönləndirilməsi;
Layihə menecerlərinə tapşırıqların icrası və irəliləyişin izlənilməsi üzrə dəstək göstərilməsi və koordinasiyanın təmin edilməsi;
Maraqlı tərəflərlə portfel səviyyəsində kommunikasiya qurmaq, konsolidə olunmuş hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
İstiqamət üzrə risklərin və problemlərin müəyyən edilməsi, layihə menecerləri ilə birlikdə onların azaldılması üçün tədbirlərin görülməsi;
Bütün layihələrin vaxtında, müəyyən edilmiş əhatə dairəsində və büdcə daxilində icrasına nəzarət və ümumi uyğunluğun təmin edilməsi;
İstiqamət üzrə sənədləşmənin standartlaşdırılması və layihə menecerləri tərəfindən hazırlanmış sənədlərin keyfiyyətinə nəzarət;
Layihələr tamamlandıqdan sonra ümumi portfel səviyyəsində qiymətləndirmələrin aparılması, əldə olunan nəticələrin təhlili və “lessons learned” yanaşmasının tətbiqi.
Tələblər
Ali təhsil: (İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Menecment ixtisasları üzrə);
İş təcrübəsi: Rəqəmsallaşma, süni intellekt, innovasiya və qanunvericilik layihələri üzrə minimum 4 il praktiki iş təcrübəsi;
Sertifikatlar: PMP, PgMP və ya PfMP sertifikatlarının olması zəruridir;
Əlavə üstünlük: Dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (əla) | Rus dili (arzuolunandır);
Kompüter və texniki bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point), Jira, Confluence.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13275
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200