Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Qurum əməkdaşlarından telefon, e-poçt və ITSM tapşırıq sistemi (ServiceNow və ya digər) vasitəsilə daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi;
Birinci səviyyədə (L1) həll olunmayan insidentlərə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi;
SLA müddətlərinə riayət olunmasının təmin olunması və insidentlərin vaxtında bağlanmasına nəzarət edilməsi;
Həll edilməyən nasazlıqların prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi;
Personal kompüterlərə, printerlərə, skanerlərə və digər ofis avadanlıqlarına texniki dəstəyin göstərilməsi;
Avadanlıqların quraşdırılması, əməliyyat sistemlərinin, drayverlərin və tələb olunan proqramların yazılmasının həyata keçirilməsi;
Ofis avadanlıqlarında baş verən nasazlıqların yerində diaqnostikasının və bərpasının aparılması;
Yeni iş yerlərinin infrastruktur baxımından hazırlanması və mövcud iş yerlərinin köçürülməsi işlərinin icra edilməsi;
Planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;
Daxili və internet şəbəkəsində yaranan problemlərin ilkin diaqnostikasının aparılması (IP konfiqurasiyası, DNS, DHCP, şəbəkə bağlantısı problemləri);
VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
İstifadəçi hesablarının idarə edilməsinin həyata keçirilməsi (Active Directory, MFA, hüquqların verilməsi/geri alınması);
İşdən çıxan əməkdaşların hesablarının deaktivasiya prosesinə uyğun olaraq bağlanması;
Qurum daxilində məlumat təhlükəsizliyi siyasətlərinə riayət olunmasına nəzarət edilməsi;
Ofis avadanlıqlarının inventarlaşma prosesində iştirak edilməsi;
CMDB / asset management sistemində avadanlıq məlumatlarının daxil edilməsi və yenilənməsi;
Avadanlıqların və hissələrin akt əsasında anbara təhvil-təslim edilməsi;
Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması;
Həll edilmiş insidentlər üzrə həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi;
Texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması;
Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanması;
Təkrarlanan problemlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi;
Əməkdaşlara əsas ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi;
Yeni işə başlayan əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi;
Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Windows və Linux əməliyyat sistemləri üzrə sərbəst biliyə;
minimum 2 il iş stajı;
Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə əməli təcrübə;
ITSM alətləri (ServiceNow və ya analoqu) ilə iş təcrübəsi;
Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması və təmiri üzrə bilil;
VPN, uzaqdan giriş texnologiyaları ilə tanışlıq;
Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük);
ITIL Foundation sertifikatı və ya müvafiq biliyə (üstünlük);
Azərbaycan dilində sərbəst ünsiyyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində);
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12882
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200