Kopirayter
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Konsept və Layihə Yaradılması: İDDA-nın rəqəmsal platformaları üçün ehtiyaclara və briflərə uyğun innovativ konseptlər və layihə ideyaları hazırlamaq;
Məzmunun Hazırlanması: Veb-sayt mətni (mobil tətbiq mətnləri daxil olmaqla), sosial media paylaşımları, reklam mətnləri (Google Search, Meta Ads və s.), e-poçt marketinqi və digər rəqəmsal platformalar üçün cəlbedici yazılı məzmunlar hazırlamaq;
Video Ssenariləri: TikTok və Instagram kanalları üçün qısa, rəqəmsal yönümlü video ssenarilər yazmaq;
Komanda ilə Əməkdaşlıq: Yazılı məzmunun ümumi rəqəmsal marketinq kampaniyalarına qüsursuz inteqrasiyası üçün Rəqəmsal Marketinq komandası ilə birlikdə çalışmaq;
Brend Uyğunluğu: İDDA-nın brend qaydalarına sadiq qalaraq, bütün rəqəmsal məzmunlarda mesajın, tonun və brend səsində (brand voice) ardıcıllığı təmin etmək;
SEO Optimizasiyası: Görünürlüğü və axtarış motoru sıralamasını artırmaq üçün yazılı məzmunda SEO-nun ən yaxşı təcrübələrini tətbiq etmək;
Analitika və Strategiya: Auditoriyanın cəlb edilməsini (engagement) optimallaşdırmaq məqsədilə data və analitik göstəricilər əsasında məzmun strategiyalarını uyğunlaşdırmaq;
İstehsalat Prosesi: Yazılı məzmunun ümumi marketinq hədəfləri ilə uyğunlaşdırılması üçün Rəqəmsal Marketinq və Prodakşn komandaları ilə (daxili və ya 3-cü tərəf tərəfdaşlar) sıx əməkdaşlıq etmək;
İnnovativ Kopiraytinq: Kopiraytinqə innovativ yanaşmalar gətirərək məzmunun hər zaman təzə, aktual və təsirli qalmasını təmin etmək;
Adaptasiya: Yazı üslubunu və tonunu müxtəlif rəqəmsal platformalara və hədəf kütlələrinə uyğunlaşdırmaq;
Məzmun Paylanması: Yazılı məzmunun rəqəmsal kanallarda effektiv şəkildə çatdırılmasını təmin etmək üçün məzmun paylama strategiyalarında iştirak etmək;
Trendlərin İzlənməsi: Məzmun keyfiyyətini və təsirini daim artırmaq üçün sənaye trendlərini və yeni yaranan məzmun formatlarını yaxından izləmək.
Tələblər
Təhsil: Marketinq, Kommunikasiya, Filologiya və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək. İngilis və/və ya rus dili bilikləri arzuolunandır;
İş təcrübəsi: Kreativ agentlikdə və ya müştəri tərəfində (in-house) rəqəmsal marketinq məzmunu sahəsində kopirayter kimi 3-5 illik təsdiqlənmiş iş təcrübəsi;
Portfoliо: Müxtəlif rəqəmsal platformalar üçün hazırlanmış fərqli yazılı məzmun nümunələrindən ibarət güclü portfolio;
Yaradıcılıq: Kopiraytinq sahəsində kreativ və strateji düşünmə bacarığı;
Kommunikasiya: Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
Adaptasiya: Məzmunu fərqli rəqəmsal platformalara və hədəf kütlələrinə uyğunlaşdırma bacarığı;
Komanda işi: Rəqəmsal marketinq və digər daxili komandalar daxilində sıx əməkdaşlıq və ünsiyyət qurmaq bacarığı.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12604
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200