Sosial media üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

  • Qurumun sosial media kanallarından (Facebook, Instagram və digər platformalar) gələn müştəri mesajlarına vaxtında və düzgün cavab vermək, müştəri suallarını cavablandırmaq və əlaqələri gücləndirmək;

  • Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq;

  • mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək;

  • İstifadəçilərin rəqəmsal giriş vasitəsilə (üz tanıma) qeydiyyatını qəbul etmək və bu prosesin düzgün həyata keçirilməsini təmin etmək;

  • Dövlət qurumlarından ESD (Elektron Hökumət Xidməti) vasitəsilə daxil olan müraciətləri qəbul etmək, düzgün cavab vermək və ya lazımi yönləndirmələri etmək;

  • Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi;

  • Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək;

  • Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək;

  • Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq;

  • Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq;

  • Müraciət əsnasında müvafiq məlumatları düzgün şəkildə qeyd edərək, müştəri məlumatlarını sistemə daxil etmək və izləmək;

  • Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək;

  • Rəhbərliyin təqdim etdiyi digər tapşırıqlar.

Tələblər

  • Ali təhsil:

  • Sosial media idarəetməsi və müştəri xidmətləri sahəsində ən azı 1-2 il təcrübə;

  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub.

  • Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları və CRM sistemləri ilə təcrübə;

  • Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint);

  • Azərbaycan, İngilis və Rus dilində səlis yazılı ünsiyyət bacarıqları;

  • Müştəri yönümlülük;

  • Detallara diqqət;

  • Çoxsaylı tapşırıqları idarə etmək qabiliyyəti;

  • Tez dəyişən iş mühitinə uyğunlaşma bacarığı;

  • Növbəli iş qrafikində işləmə, həftə sonları və bayram günlərində də xidmət göstərmə imkanı.

  • Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarıqları

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12606

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Sistem inzibatçısı

Tam Ştat

Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin edilməsi; Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest sistemlərinin idarəsinin həyata keçirilməsi; Azintelekom bulud sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması; Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin edilməsi; Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm rezerv olunmasının təmin edilməsi; Serverlərdə baş verən texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Server və xidmətlərin monitorinqinin və loqlamasının aparılması; Dev/Test/Prod mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi; Ənənəvi proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi; İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Kopirayter

Tam Ştat

Konsept və Layihə Yaradılması: İDDA-nın rəqəmsal platformaları üçün ehtiyaclara və briflərə uyğun innovativ konseptlər və layihə ideyaları hazırlamaq; Məzmunun Hazırlanması: Veb-sayt mətni (mobil tətbiq mətnləri daxil olmaqla), sosial media paylaşımları, reklam mətnləri (Google Search, Meta Ads və s.), e-poçt marketinqi və digər rəqəmsal platformalar üçün cəlbedici yazılı məzmunlar hazırlamaq; Video Ssenariləri: TikTok və Instagram kanalları üçün qısa, rəqəmsal yönümlü video ssenarilər yazmaq; Komanda ilə Əməkdaşlıq: Yazılı məzmunun ümumi rəqəmsal marketinq kampaniyalarına qüsursuz inteqrasiyası üçün Rəqəmsal Marketinq komandası ilə birlikdə çalışmaq; Brend Uyğunluğu: İDDA-nın brend qaydalarına sadiq qalaraq, bütün rəqəmsal məzmunlarda mesajın, tonun və brend səsində (brand voice) ardıcıllığı təmin etmək; SEO Optimizasiyası: Görünürlüğü və axtarış motoru sıralamasını artırmaq üçün yazılı məzmunda SEO-nun ən yaxşı təcrübələrini tətbiq etmək; Analitika və Strategiya: Auditoriyanın cəlb edilməsini (engagement) optimallaşdırmaq məqsədilə data və analitik göstəricilər əsasında məzmun strategiyalarını uyğunlaşdırmaq; İstehsalat Prosesi: Yazılı məzmunun ümumi marketinq hədəfləri ilə uyğunlaşdırılması üçün Rəqəmsal Marketinq və Prodakşn komandaları ilə (daxili və ya 3-cü tərəf tərəfdaşlar) sıx əməkdaşlıq etmək; İnnovativ Kopiraytinq: Kopiraytinqə innovativ yanaşmalar gətirərək məzmunun hər zaman təzə, aktual və təsirli qalmasını təmin etmək; Adaptasiya: Yazı üslubunu və tonunu müxtəlif rəqəmsal platformalara və hədəf kütlələrinə uyğunlaşdırmaq; Məzmun Paylanması: Yazılı məzmunun rəqəmsal kanallarda effektiv şəkildə çatdırılmasını təmin etmək üçün məzmun paylama strategiyalarında iştirak etmək; Trendlərin İzlənməsi: Məzmun keyfiyyətini və təsirini daim artırmaq üçün sənaye trendlərini və yeni yaranan məzmun formatlarını yaxından izləmək.