Sistem inzibatçısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin edilməsi;
Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest sistemlərinin idarəsinin həyata keçirilməsi;
Azintelekom bulud sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması;
Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin edilməsi;
Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm rezerv olunmasının təmin edilməsi;
Serverlərdə baş verən texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Server və xidmətlərin monitorinqinin və loqlamasının aparılması;
Dev/Test/Prod mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi;
Ənənəvi proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi;
İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi;
Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
Ali təhsil;
Sistem inzibatçılığı sahəsində 1**–3 il** iş stajı;
Windows Server və Linux (RedHat/Ubuntu) sistemlərində inzibatçılıq bacarığı;
Active Directory, DNS, DHCP, Group Policy idarəetməsi;
Virtualizasiya mühitləri üzrə biliklər (VMware, Vcloud və s.);
Microsoft 365 üzrə biliklər;
Backup sistemləri üzrə baza biliklər;
PowerShell və ya Bash skriptləri ilə işləmək bacarığı;
NFS, SMB, DFS kimi fayl paylaşım texnologiyalarında təcrübə;
Git və GitLab ilə işləmə bacarığı;
Analitik düşüncə, intizam və məsuliyyətlilik.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12605
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200