Keyfiyyətə Nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Məhsul və proseslərlə bağlı istehlakçı və daxili şikayətlərin araşdırılması;
Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilinin aparılması;
Şikayət və problemlərin ISO 9001 və ISO 22000 (HACCP) standartlarının tələbləri çərçivəsində qiymətləndirilməsi;
Araşdırma nəticələrinə əsasən texniki rəy və qısa hesabatların hazırlanması;
Araşdırma prosesində təchizatçılar, istehsalçılar və daxili bölmələrlə koordinasiyanın təmin edilməsi;
Təkrarlanan problemlər üzrə profilaktik və qabaqlayıcı tədbirlərin təklif edilməsi;
Araşdırma materiallarının (fotoşəkillər, qeydlər, sübutlar) sistemli şəkildə sənədləşdirilməsi;
Planlı aylıq yoxlamaların həyata keçirilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
ISO 9001 və ISO 22000 / HACCP standartları üzrə baza biliklər;
Problemli və şikayət xarakterli hallarla işləmək, analitik düşünmə bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı;
Yazılı hesabatların hazırlanması və nəticələrin aydın, strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə effektiv işləmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahə);
Keyfiyyətə nəzarət və ya araşdırma sahəsində 3 il iş təcrübəsi;
AQTA-da işləməsi üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9267
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+